Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

ANS məhkəmə qarşısında - TƏFƏRRÜAT

“Bu qeyri peşəkarlıq, qərəzlilikdir”

Dünən Bayıl məhkəməsində Nürəddin Bağırovun hakimliyi ilə, aktrisa Mətanət Eresin bacısı Məlahət Əhmədova “ANS müstəqil yayım və media şirkəti” arasında məhkəmə işinin növbət iclası keçiriilib.

İclasdan öncə Simsar.az-a açıqlama verən Məlahət xanım, “Xəbərçi” proqramınında onun şəklini və adını bacısının əvəzinə efirə verdiklərini və bunu onlara bildirdikləri halda, eyni səhvi yenidən təkrarladıqlarını bildirdi: “ANS-in müxbiri mənə zəng elədi, mən də ona dedim ki, mən sizin axtardığınız şəxs deyiləm, mənə səhv zəng etmisiz. Buna baxmayaraq onlar facebookdan mənim şəklimi götürərək, şəklimi, adımı və soyadmı, mənə dəxli olmayan bir məsələ ilə bağlı efirə verdilər”.

Məlahət Əhmədova deyir ki, ANS onun bacısı, Nürəddin Eresin həyat yoldaşı Mətanət Ereslə onu səhv salıb: “Onlar araşdırmadan, mən onlara Mətanət olmadığımı dediyim halda, götrüb bacımın əvəzinə mənim şəklimi efirə verirlər. Üstəlik də üzr istmək istəmirlər. Bu qeyri peşəkarlıqdır, qərəzlilikdir.

Şikayətçi bildirir ki, sujet efirə getdiyi gün, onun bacısı Mətanət Eres televiziyaya gedərək, səhvən onun əvəzinə bacısı Məlahətin adını efirə verdiklərini bildirib, lakin buna baxmayaraq səhəri gün ANS-in efirində, yenidən eyni adla həm də mənim fotolarım yayımlanıb. “Bacım özü gedir deyir ki, o adam mənəm, siz səhv etmisiniz, amma onlar yenidən mənim adımı və üstəlik şəklimi də efirə verirlər. Sizin şirkətə gələn xanımla şəklini internetdən götürüb efirə verdiyiniz insan arasında nə qədər fərqin olduğunu necə görməmək olar? Bunu görməmək jurnalistə yaraşmır. Və hansı ki, zəng edəndə, özüm demişəm ki, mən o adam deyiləm”.

Məlahət Əhməd ondan üzr istənmədikcə sonadək hüquqlarını müdafiə edəcəyini deyir: “İndi məndən üzr istəmək istəmirlər. Hər məhkəmə iclasında hakim onlar deyir ki, gedin üzr istəyin. Onlar da guya təkzib sujeti verdilər efirə. Orda isə heç bir üzrdən söhbət getməyib. ANS məndən üzr istəməlidir”.

Məlahət xanımla söhbətimizdən sonra məhkəmə iclası başladı və çox qısa çəkdi. Hakim ANS-də efirə gedən təkzib sujetini dinləyərək, burda zərərçəkəndən üzr istənmədiyini bildirdi. Və yekun qərarın cümə günü veriləcəyini dedi.

Qarşı tərəfin də mövqeyini verməyə hazırıq

Vüsl Qarayev

 







25 Sentyabr, 2014  13:49 Baxılıb: 1713 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner