Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Maliyyə Nazirliyində yeni təyinat

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin direktor müavini Vüqar Abdullayev Dünya Bankı tərəfindən təsis edilən və Mərkəzi Asiya və Şərqi Avropanın 22 ölkəsinin üzv olduğu PEMPAL Proqramının Xəzinədarlıq Cəmiyyətinin sədri seçilib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, 2005-ci ildə təsis olunan PEMPAL proqramının məqsədi dövlət maliyyə idarəetməsi üzrə bilik və təcrübə mübadiləsi vasitəsilə maliyyə qurumlarının əməkdaşlarının ixtisasını artırmaqdır. PEMPAL proqramına üzv olan ölkələrin nümayəndələri, beynəlxalq ekspertlər mütəmadi olaraq əldə etdikləri müsbət təcrübəni bölüşür, fikir mübadiləsi aparırlar.

Proqram çərçivəsində keçirilən tədbirlər zamanı Azərbaycan Respublikası Maliyyə Nazirliyində son dövrdə aparılan islahatlar, həmçinin Xəzinədarlığın İnformasiya İdarəedilməsi Sistemi və FARABİ Sistemi (büdcə təşkilatları üçün mərkəzləşmiş mühasibat proqramı) çox yüksək qiymətləndirilmiş və böyük marağa səbəb olmuşdur. Hazırda Dövlət Xəzinədarlığı Agentliyində büdcə təşkilatlarına göstərilən elektron xidmətlər genişləndirilir və Xəzinədarlığın İnformasiya İdarəetmə Portalı vasitəsilə sənəd dövriyyəsinin təşkili üzrə pilot layihələr uğurla başa çatdırılır.

 






25 Sentyabr, 2014  11:36 Baxılıb: 630 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner