Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Avropadan İŞİD-ə qoşulanların sayı artır

Terror mütəxəssisi: “İŞİD lideri Əbubəkir Əl Bağdadi, Avropa ölkələrində terror aktı törədəcək”

Almaniya Daxili Kəşfiyyat Təşkilatının açıqlamasına görə, Avropadan İŞİD-in sıralarına qoşulanların sayı 3 minə çatıb. Son həftələrdə İŞİD-ə qoşulanların sayının daha da artdığını deyən təşkilat sədri Hans-Georg Maaben, Almaniyadan qarılanların sayının da hesab ediləndən çox olduğunu bildirib.

Bu günə qədər Almaniyadan İŞİD-ə qoşulanların sayının təxminın 400 olduğu bildirilir. Maaben terrorçulara qoşulan Alman vətəndaşlarının 125-nin Almaniyaya geri dndüyünü deyib. 25 Almaniyalı militanın döyüşlərdə iştirak etdiyinin sübut edildiyini vurğulayan sədr, Türkiyə üzərindən Suriyaya keçib İŞİD-ə qoşulanların əksəriyyətinin yaşının 30-dan az olduğunu qeyd edib. Maben, İŞİD-ə qoşulanların yüzdə 24-nün yalnız Almaniya vətəndaşlığına, digərlərinin isə bir neçə ölkənin vətəndaşlığına sahib olduqlarını deyib. Maaben bildirib ki, Almaniyadan gedən 40 militan Suriyadakı döyüşlərdə öldürülüblər.

Alman terror mütəxəssisi Guido Steinberg isə, İŞİD lideri Əbubəkir Əl Bağdadinin Avropa ölkələrində terror aktı törədəcəyini iddia edib. Steinbergin sözlərinə görə Bağdadi, terror aktları üçün Avropadan gedən militanlardan istifadə edəcək.

Vüsal Qarayev







25 Sentyabr, 2014  11:17 Baxılıb: 816 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner