Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

ATƏT-in Bakı Ofisi 2 Aprel aksiyasına münasibət bildirdi

 «Ümumi sayı 1000 nəfəri ötməyən bir toplantı zamanı 174 nəfərin saxlanması həddən artıq böyük rəqəmdir»

Bu fikirləri 2 Aprel aksiyası zamanı saxlananlar barədə AzadlıqRadiosunun suallarına cavabında ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Bilge Cankorel deyib.  

Səfir bildirib ki, ATƏT-in Bakı Ofisi insanların azad toplaşma və ifadə azadlığı kimi hüquqlarından istifadə etməsinə böyük önəm verir: “İcra orqanlarına daxil olan müxtəlif müraciətlərin tərəfləri qane edə biləcək şəkildə cavablandırılmasını daha məqsədəuyğun sayırıq. Aprelin 2-də keçirilən nümayiş zamanı polisin bəzi hallarda həddən artıq güc istifadə etməsi müşahidə edilib. Həmin nümayiş zamanı və nümayişdən öncəki günlərdə 174 nəfərin saxlandığı və daha sonra 70 nəfərə qarşı inzibati cəza tətbiq edildiyi bildirilib. 5 nəfərə qarşı isə cinayət işi açılıb. Polis media nümayəndələrinin də fəaliyyətini məhdudlaşdırıb».

«Digər tərəfdən, bir qrup gəncin siyasi partiya rəhbərinin evi qarşısında icazəsiz etiraz aksiyası təşkil etdiyi zaman polis müdaxiləsi qeydə alınmayıb. ATƏT-in Bakı Ofisi nümayişlərə fərqli yanaşmanı məqbul saymır».






9 Aprel, 2011  00:37 Baxılıb: 1195 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner