Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Millət vəkili yaralı həmyerlimizi ziyarət etdi – Ankarada

Ankarada xəstəxanada daha bir yaralı qardaşımız Ədaləti ziyarət etdik və çox şükr artıq yaxşılaşır.

Ankarada xəstəxanada Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən yaralanan və bir gözünü itirən qardaşımız Ədalət bəyi ilk dəfə Bakıda Hərbi hospitalda reanimasiya şöbəsində ziyarət edəndə çox ağır vəziyyətdə idi. Dövlətimizin və qardaş Türkiyənin rəsmilərinə təşəkkür edirik ki, ağır vəziyyətdə olan Ədalət qardaşımızın Ankarada müalicəsini davam etdirməsi üçün böyük dəstək göstərdilər. Ədalət bəy çox şükr ki, ağır vəziyyətdən çıxıb və inşallah getdikcə daha da yaxşılaşacaq. Ədalət qardaşımızla geniş söhbət etdik və onun getdikcə daha da yaxşılaşan görməkdən çox sevindik. Sağ olsun həkimlər Ədalət qardaşımızın sağalması üçün əllərindən gələni edirlər. Əməliyyatı uğurlu keçib. Geniş söhbət etdik və Ədalət qardaşımızın tezliklə sağalıb evinə dönə bilməsi üçün əllərindən gələni etdiklərini dedilər və biz də hamımız adından təşəkkürümüzü bildirdik. Qorxmaz, cəsarətli və vətənpərvər bir qardaşımızı daha yaxından tanımaqdan çox məmun oldum. Xeyli söhbət etdik. Bütün ağrı və acılarına ramən üzündə yenidən təbəssüm görməkdən çox məmun idik. İnşallah, onu narahat edən qızdırma problemi də tamamilə keçib gedər. Dualarınızı Ədalət qardaşımız üçün əksik etməyin. İnanıram ki, inşallah bizə bu böyük ağrıları yaşadan Ermənistan layiq olduğu cəzanı mütləq alacaq. Görüşün sonunda musiqi albomlarımızı və kitablarımızı da imza ilə hədiyyə etməkdən biz də o da çox məmun olduq. Dəyərli dostlar Səidə xanım, Anar bəy də Ədalət qardaşımıza tezliklə sağalmasını dilədilər və ayrılanda Azərbaycan üçün yaman darıxıram, günləri sayıram dedi. İnşallah inanırıq ki, yaxın günlərdə dəyərli qardaşımız əzizlərinin və sevənlərinin yanına sağalaraq qayıdacaq. Allah hər zaman yardımçısı olsun!

Simsar.az







25 Sentyabr, 2014  10:16 Baxılıb: 871 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner