Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Azərbaycan səmasında” filmi Madriddə

Azərbaycanın İspaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə çəkilmiş və 1936-1939-cu illərdə bu ölkədə vətəndaş müharibəsi zamanı Azərbaycanda təhsil almış gənc pilotlara həsr edilmiş “Azərbaycan səmasında” sənədli filminin Madriddə nümayişi olub.

Simsar. az xəbər verir ki, filmin nümayişində İspaniyada fəaliyyət göstərən diplomatik korpus rəhbərlərinin xanımları və əməkdaşları iştirak ediblər.

Film İspaniyada 30-cü illərdə vətəndaş müharibəsində respublikaçılar tərəfində vuruşan 15 ispan hərbi pilotunun mürəkkəb və qeyri-adi taleyindən bəhs edir. Respublikaçıların bu müharibədəki məğlubiyyətindən sonra, pilotlar Azərbaycanda məskən salmış, təhsil aldıqları Gəncə tədris bazasında sovet hərbi təyyarəçilərinin hazırlanmasında təlimatçı kimi fəaliyyət göstərmişlər. Bu pilotlar Qafqazın səmalarında Azərbaycanın hüdudlarını və xüsusən Bakının neft mədənləri və qurğularını qəhrəmancasına döyüşərək müdafiə ediblər. Göstərdikləri qəhrəmanlıqlara görə Gəncədə onların şərəfinə abidə ucalıb.

Filmin ssenarisi arxiv materialları, canlı müsahibələr əsasında tərtib edilib. Hadisələrin canlı şahidlərindən olan yeganə sağ qalmış pilotun müsahibəsi filmin əsas qayəsini təşkil edir.

İspan və Azərbaycan xalqlarını bağlayan bu tarixi epizoddan istifadə edən müəlliflər müasir Azərbaycanı da geniş ispan ictimaiyyətinə təqdim etmək istəyirlər.

Xatırladaq ki, filmin Barselonada da nümayişi olub.







25 Sentyabr, 2014  09:20 Baxılıb: 884 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner