Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Euronews” Azərbaycandakı musiqi festivalından bəhs etdi

“Euronews” televiziya kanalının İtaliya bölməsinin saytında VI Beynəlxalq Üzeyir Hacıbəyli festivalından bəhs edən reportaj yerləşdirilib.

Reportajda bildirilir ki, Bakıda Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən VI Beynəlxalq Üzeyir Hacıbəyli festivalı yerli musiqiçilərlə yanaşı, Rusiyanın, Belçikanın və Almaniyanın incəsənət xadimlərini də bir araya gətirib.

Reportajda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müsahibəsinə də yer verilib: “Bakı hər zaman Qafqazın mədəniyyət paytaxtı olub. Biz mədəniyyət və idman sahəsindəki tədbirlərə görə regionun ən qabaqcıl ölkəsinə çevrilmək niyyətindəyik”.

Festival haqqında ətraflı məlumatın verildiyi reportajda diqqətə çatdırılır ki, tədbirin açılışı Azərbaycanın Milli Musiqi Günündə olub. 1920-ci ildə yaradılan Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri açılış mərasimində çıxış edib. Xalq Artisti Rauf Abdullayevin rəhbərlik etdiyi orkestr İtaliya da daxil olmaqla müxtəlif ölkələrdə tez-tez qastrol səfərlərində olur.

 







25 Sentyabr, 2014  08:29 Baxılıb: 820 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner