Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Fransız rəssamın ustad dərsləri keçiriləcək

Bu gün “Natəvan” qalereyasında fransız rəssam Fernan Zakonun vernisaj sərgisi açılacaq.

Simsar.az xəbər verir ki, sərgidə rəssamın stereoskopik fotoşəkilləri və rəsmləri nümayiş olunacaq.

Sentyabrın 26-da isə Fernan Zako stereoskopiya texnikası mövzusunda ustad dərsi keçəcək.

Fernan Zako çoxşaxəli artist-rəssamdır. Karyerasına uşaq mətbuatı üçün rəssam kimi başlayıb. Sonralar gəncliyə həsr olunmuş televiziya verilişləri ilə də əməkdaşlıq edib. Cizgi filmlərinin yaradıcısı kimi də fəaliyyət göstərən Fernan Zako, sonradan böyüklər üçün mətbuatda və şirkətlərin jurnallarında çalışıb.

O, “rough” stili və rəsm arasında hazırlanmış bir neçə kitab nəşr edib. Stereoskopik fotoqrafiyaya olan həvəsi onu bu gün, müxtəlif layihələrdə inkişaf etdirdiyi bu texnika ətrafında işləməyə cəlb edir. Bu layihələrdən biri də, Paris Carnavalet Muzeyində “Paris 3D” sərgisidir.

Bakıda təşkil ediləcək sərgidə ziyarətçilər Parisi yeni baxışla kəşf edəcək və Fernan Zakonun bəzi əsərləri ilə də tanış olacaqlar.

Günel







25 Sentyabr, 2014  08:18 Baxılıb: 801 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner