Bu gün Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib.
Müsavat başqanının müavini Gülağa Aslanlı APA-ya açıqlamasında bildirib ki, iclasda bülletenlərin forması, qurultay nümayəndələrinin sayı, qeydə alınması və seçkilər haqqında təlimat qəbul olunub. O deyib ki, qurultayın sentyabrın 27-də Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçirilməsi ilə bağlı tam razılıq əldə olunub: “Şadlıq evləri ilə apardığımız danışıqlar isə nəticəsiz qalıb”.
Simsar.az