Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

"İş təkcə istedadla bitmir..." - Şəfiqə Məmmədova

"Azərbaycan kinosunu inkişaf etdirmək, onu yenidən dirçəltmək, həmçinin Azərbaycan kinosunu dünyaya təqdim etmək, beynəlxalq festivallarda nümayiş etdirmək üçün güclü kino məktəbi olmalıdır".

Trend xəbər verir ki, bunu xalq artisti Şəfiqə Məmmədova Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında "Kinematoqrafiya haqqında" qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı deyib.

Xalq artısti bildirib ki, istedad və istedadlı aktyorlarla yanaşı, Azərbaycan kinosunu irəliyə aparmaq üçün peşəkar, savadlı rejissorlar, operatorlar, ssenaristlər də olmalıdır: "İş təkcə istedadla bitmir, həm də peşəkar, savadlı mütəxəssislərimiz olmalıdır. Bunun üçün də Azərbaycanda mütləq və mütləq güclü kino məktəbi yaradılmalıdır. Bu gün beynəlxalq festivallar da tələb edir ki, ora təqdim olunan filmlər, kinolar milli olsun. Yəni bizim filmlərimizə, kinolarımıza çəkilən aktyor və aktrisalar da milli olmalıdır, rejissorlar da milli olmalıdır. Aktyorlar başqa dillərdə yox, yalnız Azərbaycan dilində danışmalıdır. Bir sözlə, tərcüməçi, dublyaj olmamalıdır".

Ş.Məmmədova təəssüflə bildirib ki, hazırda ölkədə peşəkarların, savadlı kino mütəxəssislərinin sayı getdikcə azalır: “Bunun aradan qaldırılması üçün də Azərbaycanda milli kino məktəbi olmalı, yaradılmalıdır. Yoxsa Azərbaycan kinosunun gələcək inkişafından söhbət gedə bilməz".






24 Sentyabr, 2014  16:48 Baxılıb: 881 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner