Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Təhsil İdarəsi direktoru təkzib etdi: “Bu, səbəb ola bilməz”

Bir müddət əvvəl Bakının Binəqədi rayonu 115 saylı ümumtəhsil məktəbində keçirilən mərasim zamanı müəssisənin direktoru Tanrıverdi Orucov bir neçə müəllimin Sınaq Qiymətləndirilməsində zəif nəticə göstərdikləri üçün işdən azad olunduğuna dair açıqlama vermişdi.

Simsar.az-ın məlumatına görə, T. Orucov bu barədə 15 sentyabr Bilik Gününə həsr olunmuş mərasimdə çıxışı zamanı bildirmişdi. Direktor səbəb kimi Sınaq Qiymətləndirilməsində müəllimlərin zəif nəticə göstərdiklərini demişdi .

Bakı Şəhəri üzrə Təhsil İdarəsi isə Simsar.az-a məktəb direktorunun açıqlamasını təkzib edən cavab verib.

İdarənin Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva Simsar.az-ın sorğusuna cavab olaraq bildirib ki, Sınaq Qiymətləndirilməsinin nəticələri müəllimin işdən azad edilməsinə səbəb ola bilməz: “Məktəb rəhbərliyi dərs bölgüsü apararkən, müəllimin vəzifədə irəli çəkilməsi kimi məsələlərdə Sınaq Qiymətləndirilməsinin nəticələrinə əsaslana bilər”.

Qeyd edək ki, BŞTİ tərəfindən Sınaq Qiymətləndirilməsinin nəticələrinə əsasən dərs yükünün bölünməsi üçün xüsusi elektron proqram hazırlanıb. Yeni tədris ilindən pilot layihə olaraq 20 məktəbdə sınaqdan keçirilir. Gələcəkdə BŞTİ-nin tabeçiliyində olan bütün məktəblərdə dərs bölgüsü bu proqrama əsasən aparılacaq.

Aysel Kərimova

 







24 Sentyabr, 2014  16:17 Baxılıb: 956 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner