Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

48 zərdablı işlə təmin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Zərdab rayonunda Əmək yarmarkası keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, sentyabrın 23-də keçirilən tədbirdə rayon ərazisində fəaliyyət göstərən 23 müəssisə tərəfindən əsasən fəhlə və qulluqçu peşələri üzrə 170-ə yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif olunub. Yarmarkada boş iş yeri təqdim edən müəssisələrin nümayəndələri də iştirak edib, işsiz və işaxtaran vətəndaşlarla onların birbaşa əlaqəsi təmin olunub. Tədbirdə ümumilikdə 48 nəfər rayon sakininə boş iş yerlərinə göndəriş verilib.

Növbəti əmək yarmarkası sabah, sentyabrın 25-də Ağdaş rayonunda keçiriləcək. Tədbirdə 200-dək boş (vakant) iş yerinin işsiz və işaxtaran vətəndaşlara təklif olunması, ayrı-ayrı işsiz və işaxtaran şəxslərin peşə hazırlığı kurslarına, habelə ödənişli ictimai işlərə cəlb olunmaq üçün qeydiyyata alınması nəzərdə tutulur.

Simsar.az






24 Sentyabr, 2014  14:10 Baxılıb: 700 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner