Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AŞPA prezidenti siyasi partiya nümayəndələri ilə görüşdü

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Ann Brassör sentyabrın 23-də Milli Məclisdə təmsil olunan siyasi partiya nümayəndələri ilə görüşüb.

MM-dən Simsar.az-a verilən məlumata görə, görüşdə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal edilməsinə, bir milyondan artıq qaçqın və məcburi köçkünü olmasına baxmayaraq, Azərbaycan Avropaya inteqrasiya istiqamətində daim irəliləyir: “Lakin Avropa Parlamenti bu günlərdə növbəti dəfə Azərbaycanla bağlı əsassız və qərəzli qətnamə qəbul edib. Həmin qətnamədə bir sıra məqamlarda AŞPA-ya da istinad olunub. Amma ölkəmizə qarşı təcavüz siyasəti həyata keçirən Ermənistanda insan haqları sahəsində vəziyyət acınacaqlı olsa da, bu ölkə əleyhinə heç bir tədbir görülmür”.

AŞPA sədrinin Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq ittihamı ilə həbs edilən bəzi şəxslərlə görüşmək istəyinə toxunan S. Novruzov cəbhə bölgəsində həlak olan insanların valideynləri və Xocalı soyqırımı qurbanlarının yaxınları ilə də görüşməyi məqsədəuyğun sayıb. O qeyd edib ki, bəzi şəxslər və QHT-lər gizli fəaliyyət göstərməklə bərabər, həm də külli miqdarda vergidən yayınıblar: “Bütün bunlara görə həmin şəxslər dövlətin qanunları qarşısında cavab verməlidirlər. Biz Avropa təsisatları ilə hərtərəfli əməkdaşlığa hazırıq, amma bu əməkdaşlıq qarşılıqlı hörmət və bir-birilərinin daxili işlərinə qarışmamaq prinsipi ilə həyata keçirilməlidir”.

Görüşdə iştirak edən siyasi partiya təmsilçiləri bildiriblər ki, Avropanın bəzi qurumlarının Azərbaycanla bağlı ədalətsiz mövqeyi cəmiyyətdə əsaslı olaraq qıcıq yaradır: “Çünki bu təşkilatlar ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ikili standartlardan yanaşırlar. Ukrayna hadisələrinə görə Rusiyaya sanksiya tətbiq edən həmin qurumlar 20 ildən çox müddətdə ərazimizi işğal altında saxlayan Ermənistana qarşı heç bir tədbir görmürlər. Ona görə də bu qurumların hər hansı mövqeyi Azərbaycan cəmiyyətində ciddi qəbul olunmur”.

AŞPA sədri Azərbaycan parlamentində təmsil olunan siyasi partiyaların fəaliyyəti, onların iş prinsipləri, ölkədə insan haqları sahəsində vəziyyətə dair mövqeləri ilə maraqlanıb və suallarına ətraflı cavab alıb.

Görüşdə Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Fəzail İbrahimli, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev iştirak ediblər.






24 Sentyabr, 2014  14:00 Baxılıb: 614 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner