Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Şabran qəsri ilə bağlı yeni tapıntı – EKSPEDİSİYA

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası orta əsr Şabran şəhəri ərazisində tədqiqatları davam etdirməkdədir.

İnstitutunun ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı Pərviz Qasımovun Simsar.az-a verdiyi məlumata görə, keçən əsrin 80-ci illərində orta əsr Şabran şəhəri ərazisinin müxtəlif sahələrində arxeoloji qazıntı işləri aparılıb. Qazıntı işləri zamanı əldə olunan ən böyük nailiyyət orta əsr qəsrinin aşkar edilərək üzə çıxarılması olub. Uzun müddətdən sonra 2012-ci ildən başlayaraq orta əsr Şabran şəhərində yenidən arxeoloji tədqiqatlar bərpa edilib.

2014-cü il arxeoloji qazıntıların gedişində qəsr ərazisindəki 100 kv.m-lik sahə 4 m dərinlikdə qazılaraq tədqiq olunub. Qazıntılar zamanı qəsrin bürcü cənub-şərqdən cənub-qərb istiqaməti boyunca 8,5 m uzunluğunda açılıb. Bürcün aşağı hissəsi təqribən 11 cərgədə mişar daşından (20x40 sm), üst hissəsi isə çay daşı və bişmiş kərpicdən hörülüb. Qazıntı zamanı müxtəlif səviyyələrdən dörd yanıq təbəqəsi aşkar edilmişdir. Bunlar təqribən 60-80 sm, 1,5 m, 2 m və 3 m dərinliklərdən üzə çıxarılıb. Bu da şəhərin dəfələrlə hücuma məruz qalaraq yandırılmasını sübut edir. Qəsrin tikinti üslubunun müxtəlifliyi məhz bununla əlaqədardır.

Məlumatda o da qeyd olunub ki, yer səviyyəsindən 3 m dərinlikdən başlayaraq qazıntı sahəsinin dibinədək 1 m hündürlüyü olan yanıq torpaq təbəqəsi üzə çıxıb: “Bu təbəqə burada vaxtı ilə güclü yanğın olduğunu göstərir. Yanıq təbəqəsində XIII-XIV əsrlərə aid aşkar edilmiş maddi-mədəniyyət nümunələrinin olması yanğının monqol hücumları zamanı baş verdiyini ehtimal etməyə əsas verir. Gələcək tədqiqatlar bu barədə daha dəqiq fikir yürütməyə imkan verəcək. Qazıntıların gedişində tikili qalıqları ilə yanaşı külli miqdarda arxeoloji materiallar da aşkar edilib. Tapıntılar müxtəlif formalı və təyinatlı bütöv və fraqment halında olan şirli, şirsiz gil qab nümunələrindən, daş, gil və metaldan hazırlanmış əmək və məişət alətlərindən, bəzək əşyalarından, şüşə məmulatlarından və çoxsaylı mis pullardan ibarətdir. Qazıntılar bir daha göstərir ki, şəhərin bir sıra mühüm tarixi problemlərinin araşdırılması üçün qəsr və onun ətrafının tam açılıb tədqiq olunması çox vacibdir. Yaxın illərdə bu məsələ “Şabran arxeoloji ekspedisiyası”nın əsas tədqiqat istiqaməti olacaqdır”.

Simsar.az






24 Sentyabr, 2014  13:24 Baxılıb: 761 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner