Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Gülnarə Xəlilova Beynəlxalq festivalda

Tanınmış modelyer dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova "İpək yolu" III Beynəlxalq Avrasiya Geyim  Festivalında Azərbaycanı uğurla təmsil edib. Beynəlxalq festival Çinin Urumçi şəhərində Duxuey beynəlxalq geyim şəhərciyinin sərgi mərkəzində keçirilib. G. Xəlilova "Master Exibition & Performance Award" nüfuzlu mükafatına layiq görülüb.

G. Xəlilova Simsar.az-a bildirib ki: "Mən bir-birinə rəvan şəkildə keçən üç kolleksiya təqdim etdim. Bunlar müxtəlif materiallardan ibarət "Emosiyaların partlayışı", "İlham"- xəz və dəri materiallarından istifadə etməklə geyimin üslublaşdırılmış toxunması, nəhayət ən sevimlilərdən biri "Ilmələrin sehri" - xalis əl işilə paltarın toxunuşudur. Sonuncuda bütün aksesuarlar, zinət, boyunbağı, sırğalar, qolbaqlar və hətta düymələr sapdan hazırlanıb. Ümumilikdə 43 geyim təqdim olunub, onlardan bəziləri ilk dəfə nümayiş olunub. Sevindirici haldır ki, publika bu koleksiyanı sürəkli alqışlarla qarşılayırdı, Çin KİV-i isə bu işləri yüskək qiymətləndirdi. Qeyd etmək istərdim ki, heç vaxt dünya podiumlarında bu qədər əl işilə toxunma məmulat təqdim olunmamışdı".

Festivalda 7 ölkənin - Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan. Hollandiya, Fransa dizaynerləri və əlbəttə ki, Sintsyan-Uyğur Muxtar Vilayət və Çinin müxtəlif şəhərlərinin modelyerləri iştirak ediblər.

Festivalın təşkilatçısı Çin Xalq Respublikasının (ÇXR)  Sintsyan-Uyğur muxtar vilayətinin (SUMV) Xalq Hökuməti, ÇXR-in Sənaye və İnformasiyalaşdırma Nazirliyi, ÇXR-in Toxuculuq Sənayesi Assosiasiyası, SUMV-un İqtisadiyyat və İnformasiyalaşdırma Komissiyası,  SUMV-un Qadınlar Federasiyası və Urumçi Xalq Hökuməti, SUMV-un Geyim Assosiasiyası (qalenteriya), ÇXR cə SUMV-un müvafiq orqanlarıdır.

 

 






24 Sentyabr, 2014  12:32 Baxılıb: 1413 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner