Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Anar Qədirli: “Vətəndaşlar öz hüquqlarını tələb etməlidir”

“Azərbaycanda dövlət xəstəxanalarına müraciət edən insanların sayı artıb. 4-5 il əvvəl poliklinikalar ölü qurum  idi və insanlar buraya yalnız hansısa arayışı almaq üçün müraciət edirdilər. Ancaq indi poliklinikalara müraciət edənlərin sayı da çoxalıb”.

Simsar.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli XX Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisinə həsr olunmuş mətbuat konfrasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, xaricə müalicə almağa gedən insanlara yalnız Azərbaycanda təsadüf olunmur. Hətta dünyanın ən qabaqcıl, pulsuz səhiyyə sisteminin olduğu ölkələrdən biri – Böyük Britaniyada da insanlar müalicə üçün İndoneziyaya, Türkiyəyə gedirlər.

A.Qədirli bildirib ki, Azərbaycandan xaricə müalicə almaq üçün gedən insanlar sərhəddən keçdikdən sonra onları klinikalara taksi sürücüləri deyil, professional insanlar yönəltməlidir. Hazırda xarici ölkələrdə 450 mütəxəssisin öz tibbi biliklərini genişləndirmək üçün təlimlərdə iştirak etdiyini deyən nazirlik rəsmisinin sözlərinə görə, Azərbaycan səhiyyəsinin dünyada lider olduğunu demək olmasa da, onun geridə qaldığını da söyləmək olmaz: “Azərbaycanda dünyanın bir çox ölkələrində həyata keçirilməyən cərrahiyyə əməliyyatları aparılır. Demək istəməzdim ki, Azərbaycan səhiyyəsi dünyada liderdir, ancaq bizim səhiyyə sistemində də islahatlar aparılır və sistem inkişaf edir”.

Azərbaycanda dövlət müəssisələrində 2008-ci ildən pulsuz tibb xidmətlərin tətbiq olunduğunu xatırladan A.Qədirli deyib ki, bəzi müəssisələr Səhiyyə Nazirliyinin tabeliyində olsa da, onlar təsərrüfat hesablı müəssisələr kimi fəaliyyət göstəririlər. Ona görə də onların göstərdiyi xidmətlər pulludur: “Məsələn, belə müəssisələrdən biri Mərkəzi Neftçilər Xəstəxanasıdır. Ancaq Səhiyyə Nazirliyinin tabeliyində olan və dövlət büdcəsindən maliyyələşən tibb müəssisələrində tibbi müayinə və müalicə pulsuzdur. Xidmətlərdən pulsuz istifadə etməsi üçün əhali özü də ayıq olmalı və hüquqlarını tələb etməlidir”.

 

Aysel Kərimova







24 Sentyabr, 2014  12:32 Baxılıb: 802 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner