Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Siyavuş Novruzov Obamaya dərs keçdi – GEDİB OXUSUN

“Obama ya özü, ya da köməkçilərinə tapşırmalıdır ki, Azərbaycanda QHT-lər haqqında qanun layihəsini oxusun və ona düzgün məlumat versinlər”.

Bunu Simsar.az-a Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov ABŞ prezidenti Barak Obamanın Azərbaycanda QHT-lərin fəaliyyəti ilə bağlı səslədirdiyi fikirlərə münasibət bildirərkən deyib.

O bildirib ki, Azərbaycanda QHT-lərin fəaliyyət göstərməsi ilə bağlı kifayət qədər qanun var: “Azərbaycan dövləti digər dövlətlərdən fərqli olaraq, QHT sektoruna dövlət büdcəsindən maliyyə ayırır. Layihələrini təqdim edən QHT-lər dövlət büdcəsindən maliyyələşib. Dünyanın hər yerində olduğu kimi, xaricdən maliyyə almaq istəyən QHT-lər şəffaflığı təmin etməlidir. İstər ABŞ-da olsun, istərsə də Azərbaycanda QHT-lər oğurluqla, gizlin yolla maliyyələşə bilməz. Onlara verilən maliyyə təqdim olunan layihəyə uyğun olmalıdır. Ən əsası QHT-lər arasında ayrıseçkilik olmamalıdır.  Məsləhət görərdim ki, Obama öncə bunlarla tanış olsun, sonra istədiyi bəyanatı verə versin”.

Məlumat üçün deyək ki, ABŞ prezidenti Barak Obama “Azərbaycan kimi yerlərdə qanunların QHT-lərin fəaliyyətini inanılmaz dərəcədə çətinləşdirdiyini” bildirib.

Hüseyn İbadlı







24 Sentyabr, 2014  12:15 Baxılıb: 1270 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner