Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

OBAMA: “Azərbaycanda QHT-lərin fəaliyyətinə inanılmaz əngəllər yaradılır”

“Rusiyadan tutmuş Çinə və Venesuelayadək amansız basqılar görürük, hökumətlər legitim fikir ayrılığını dövlətə xəyanət kimi dəyərləndirirlər. Azərbaycan kimi yerlərdə qanunlar QHT-lərin fəaliyyətini inanılmaz dərəcədə çətinləşdirir”.

Simsar.az Ağ Evin veb səhifəsinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama Klinton Qlobal Təşəbbüsünün illik sessiyasındakı nitqində bəyan edib.

Ağ Evin veb səhifəsində bildirilib ki, sivil cəmiyyətin inkişafına həsr olunmuş çıxışda ABŞ lideri avtoritar cəmiyyətlərdə müxalif fikir daşıyan insanların, fəalların məqsədyönlü şəkildə hədəf alındığını bildirib. Onun sözlərinə görə bu növ basqılarla rejimlər cəmiyyətin inkişafının qarşısını alır, onları azadlıqdan məhrum edir və insanların rifahına əngəl olurlar.

"Demokratiyanı gücləndirmək üçün daha güclü kampaniyaya ehtiyac var"

Həbs olunan sivil cəmiyyət fəallarının dərhal azadlığa buraxılmasına səsləyən prezident Obama sivil cəmiyyətə basqıları demokratiyaya hücum kimi dəyərləndirib. “Demokratiyanı gücləndirmək üçün daha güclü kampaniyaya ehtiyac var,” – deyə o bildirib.

İnsan haqları və demokratiyanın ABŞ milli maraqlarının təməl prinsipləri olduğunu vurğulayan prezident Obama yalnız bu prinsipə hörmət edən ölkələrin ABŞ-la yaxın münasibətlər saxlaya biləcəyini deyib.

“O ölkələr ki, insan haqlarına – təşkilatlanma azadlıqlarına hörmət edirlər – onlar bizim ən yaxın tərəfdaşlarımız olurlar. Bu, təsadüf deyil. Eyni zamanda o ölkələrdə ki, bu haqlar tapdanır, o cəmiyyətlərdə hiddət və ədalətsizlik hissi alovlanır ki, bu da sonda qeyri-sabitliyə yaxud ekstremizmə gətirib çıxara bilər. Odur ki, mən inanıram ki, Amerikanın sivil cəmiyyətə dəstəyi milli təhlükəsizlik məsələsidir."

Ən şiddətli basqılar

Son aylarda Azərbaycanda sivil cəmiyyətə qarşı basqılar vüsət alıb. Həbs olunanlar sırasında görkəmli hüquq müdafiəçiləri Leyla və Arif Yunus, habelə sivil cəmiyyət fəalları Anar Məmmədli, Rəsul Cəfərov, İntiqam Əliyev və onlarla başqaları yer alıb. Beynəlxalq hüquq təşklilatları və Avropa qurumları İlham Əliyev hökumətini qondarma ittihamlarla həbs edilən şəxsləri dərhal azadlığa buraxmağa çağırıb. Azərbaycan hökuməti bu çağırışlara məhəl qoymur.

Freedom House təşkilatının prezidentinin açıqlaması

Freedom House təşkilatının prezidenti Azərbaycanda vüsət alan basqıları "ölkə müstəqillik qazanandan bəri ən şiddətli basqılar" kimi qiymətləndirib.

Azərbaycanda sivil cəmiyyət fəalları və müxalifət üzvləri əksər hallarda narkotika, silah gəzdirmək, xuliqanlıq, vergidən yayınma və siyasətə dəxli olmayan müxtəlif ittihamlarla həbs olunurlar.

Hüseyn İbadlı







24 Sentyabr, 2014  11:31 Baxılıb: 862 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner