Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Görünür, yerli eşşəklər tələbatı ödəmir” – REAKSİYALAR

Vahid Məhərrəmov: “Gedib elə bir iş görüblər ki, adam haqqında danışmağa utanır”.

Bu il də Azərbaycana xaricdən iribuynuzlu heyvanlar, at, eşşək və qatırlar gətirilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə at, qatır və eşşəklər üçün 98 600 manat vəsait xərclənib. Məsələnin statistika tərəfini kənara qoysaq ortaya belə bir sual çıxır: Daha çox kənd yerlərində yük daşımaq məqsədilə istifadə olunan eşşəklərin xaricdən idxalına ehtiyac var idimi?

Simsar.az bu sualla Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri millət vəkili Eldar İbrahimova və həmin komitənin üzvü, millət vəkili Mahir Aslanova müraciət etsə də hər iki deputat statistikadan xəbərsiz olduqlarını dilə gətiriblər.

Eldar İbrahimov: Mənim bu barədə məlumatım yoxdur. Kənar yerdəyəm.

Mahir Aslanov: Xəbərim yoxdur belə statistikadan. Ona görə sizə heç nə deyə bilmərəm.

Yeni idxalla bağlı suallarımızı cavablandıran millət vəkili Fazil Mustafa bu idxalın cins artırmaq məqsədi daşıdığını ifadə edib. Onun sözlərinə görə, böyük ehtimalla bu qədər vəsaitin ayrılması damazlıq heyvanlarının artırılmasına xidmət edəcək. “Azərbaycanda bu heyvanların istifadəsi kənd yerləri üçün nəzərdə tutulur.  Bu qədər vəsaitin ayrılması damazlıq heyvanının artırılması üçün planlaşdırılıb”.

Statistikanı şərh edən deputat bildirib ki, idxala rəğmən bu qədər böyük bir vəsaitin ayrılması onun üçün də anlaşılmaz olaraq qalıb. “Dəqiq olaraq nə üçün bu qədər vəsait ayrılmağını açığı mən də anlamıram. Yəqin ki yerli ulaqlar yük daşımada tələbləri kifayət qədər ödəmir. Azərbaycandakı eşşəklər öz funksiyalarını lazımı dərəcədə yerinə yetirmirlər. Görünür daha sözə baxan, normal səviyyədə boynuna düşən yükü götürməyə qabil olan eşşək gətirmək tələbatı yaranıb. Güman edirəm, hökumət bunu nəzərə alıb”.

“Bu barədə danışmağa utanıram. Həmin sual idxalı gerçəkləşdirənlərə verilməlidir”. Bu fikirləri aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov səsləndirib. V. Məhərrəmovun sözlərinə görə, aqrar sahədə həlli daha vacib problemlər var. “Ölkəyə xaricdən qatır və ulaq gətirilməsi üçün bu qədər vəsaitin ayrılmasına gərək var idimi? Hazırda real vəziyyətə nəzər salsaq respublikada xırda buynuzlu heyvanların məhsuldarlığı aşağıdır, iri buynuzlu heyvanların sayı çox olsa da onların da məhsuldarlığı aşağıdır. Ətə olan tələbatın cəmi 38%-i  daxili istehsal hesabına ödənir. Xaricdən gətirilənlərlə birgə bu tələbatın 40%-ni ödənir. Ümumilikdə, gəlin baxaq görək daha çox nəyə ehtiyacımız var. Xırda  və iri buynuzlu heyvanların cins tərkibinin yaxşılaşdırılması, ətlik istiqamətində yeni cinslərin yaradılması və s. kimi bu qədər problem var.  Ancaq gedib elə bir işlə məşğul olublar ki, adam haqqında danışmağa utanır”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ilin ilk 6 ayı ərzində Azərbaycana xaricdən 64889 ədəd iribiynuzlu mal-qara gətirilib. Safqanlı cins diri iribuynuzlu ev heyvanlar;, düyələr, inəklərin sayı 2967 baş təşkil edib. Qoyunların sayı isə 16 min 732 baş olub. Bu il xaricdən gətirilən digər heyvanlar arasında atlar, ulaqlar, qatırlar (17 baş – ABŞ, Argentina, Niderland), o cümlədən safqanlı cins atlar (2 baş – ABŞ və Niderland), habelə keçilər (1885 baş – Bolqarıstan, Fransa, Niderland, Rusiya Federasiyası, Türkiyə) və 16 dəvə də var. Təkcə atlar, ulaqlar və qatırların alınmasına 98 min 600 manat pul xərclənib.

Ülviyyə Cövdətqızı

 






24 Sentyabr, 2014  11:26 Baxılıb: 1220 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner