Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Şeyxdən yəhudilərə Ros-xa-Sana TƏBRİKİ

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam hacı Allahşükür Paşazadə Roş-xa-Şana bayramı münasibətilə Azərbaycanda yaşayan Dağ Yəhudiləri icmasının sədri Melih Yevdayevi və Avropa Yəhudiləri icmasının başçısı Gennadi Zelmanoviçi təbrik edib.

QMİ-dən Simsar.az-a verilən məlumata görə, şeyxülislamın təbrik məktubunda deyilir:

"Sizi və Sizin simanızda Azərbaycanda yaşayan bütün dağ yəhudilərini əziz bayramınız – Roş-xa-Şana münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə O Bir Olan Yaradandan can sağlığı, rifah və səadət diləyirəm.

Yəhudi təqvimi ilə Yeni ilin başlanğıcı sayılan bu bayram günündə Azərbaycan müsəlmanları öz yəhudi qardaşlarına sinaqoqlarda şofar sədaları altında ibadət və dualarının qəbul olmasını arzulayır, bayram süfrəsi ətrafında etdikləri bütün xoş niyyətlərinin həyata keçməsini diləyirlər.

Şükürlər olsun ki, Azərbaycanı öz Vətənləri sayan dağ yəhudiləri bu mübarək bayramı həmişə olduğu kimi, bu il də könül xoşluğu və sevincli əhval-ruhiyyə ilə qarşılayırlar.

Qoy Uca Yaradan bu Yeni il Azərbaycan yəhudilərinə yeni uğurlar bəxş etsin! AMİN!"

 






24 Sentyabr, 2014  10:55 Baxılıb: 843 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner