Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Musiqili Teatrda “Qızıl toy” olacaq- PREMYERA

Azərbaycan Dövlət Musiqili Teatrı 105-ci mövsümün ilk premyerasını təqdim edəcək.

Simsar.az xəbər verir ki, sentyabrın 27-28- də Musiqli Teatrın səhnəsində “Qızıl toy” operettasının premyerası olacaq. Əsərin libretto müəllifi Ramiz Heydər, bəstəkarı Oqtay Kazımidir. Komediyaya resjissor Yusif Əkbərov quruluş verib.

Rollarda respublikanın əməkdar artistləri Nahidə Orucova (Ballı), Əkbər Əlizadə (Qədir), aktyorlardan Əzizağa Əzizov (Rəhim), Gültac Əlili, Türkel Şabanova (Aygün), Elvin Əliyev, Şaban Cəfərov (Azər), Gülnarə Əzizova (Zuzu), Yuliya Heydərova (Əcnəbi qız), Elməddin Dadaşov  (Şoumen), Svetlana Bulax (Turist qadın), Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Elnur Zeynalov (turist oğlanlar) iştirak edirlər.

Müasir zaman üçün aktual olan əsərin əsas qayəsində vətənə məhəbbət dayanır. Tamaşada da məhz bu hisslər aşılanır.

Qeyd edək ki, “Qızıl toy” tamaşanın hazırlığında, təmir və bərpa işlərindən sonra teatrda yaradılmış müasir standartlara cavab verən texnoloji imkanlardan bacarıqla istifadə olunub.

Tamaşanın quruluşşu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Vüsal Rəhim, geyim üzrə rəssam Gülnarə İbadova, quruluşçu baletmeysterlər Zakir Ağayev və Yelena Ağayeva, dirijor Fəxrəddin Atayev, xormeyster Vaqif Məstanov, konsertmeyster Nərminə Əbdürəhmanova, rejissor assistentləri Tamilla Aslanova, Anar Sadıqovdur.

Məlumat üçün deyək ki, əsərə ilk səhnə həyatını, 1980-ci ildə rejissor Rafiq Atakişiyev verib.

Günel

 






24 Sentyabr, 2014  09:54 Baxılıb: 889 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner