Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bakıda Yapon sərgisi keçiriləcək

Azərbaycan Milli İncəsənət Muzeyində Yaponiyanın Azərbaycandakı Səfirliyi və Yaponiya Fondunun birgə təşəbbüsü ilə Toşusai Şarakunun yaradıcılığına həsr olunmuş “Şaraku Yaponiyanın müasir rəssamların interpretasiyasında” adlı sərgi keçirilir.

Simsar.az xəbər verir ki, Yaponiya Fondu ənənəvi olaraq Yaponiya ilə digər ölkələr arasında iki tərəfli anlaşmanın dərinləşməsi məqsədilə, mədəniyyət sahəsində müxtəlif növ mübadilələrin təbliği ilə məşğul olur. Yaponiya Fondunun sərgi şöbəsi Vyana və San Paolo Biennalesi kimi beynəlxalq dərəcəli incəsənət sərgilərində Yaponiyanın iştirakı uğrunda çalışıb, xarici muzeylərlə əməkdaşlıq edərək Yaponiyanın keçmiş və indiki mədəniyyətini tərənnüm edən incəsənət sahələrini nümayiş edən yüksək səviyyəli sərgilərin təşkili üzərində, həmçinin Yaponiya incəsənəti və mədəniyyətinə aid kolleksiyalardan ibarət səyyar sərgilərin təşkili və tənzimlənməsi fəaliyyəti məşğul olur. Səyyar sərgilərin proqramına çoxsaylı obyektlərin, şəkil, fotoların və eyni zamanda keramik qabların, yapon kuklalarının, ənənəvi oyuncaqların nümayişi daxildir.

Yaradıcılığı Edo dövrünə təsadüf edən ukiyo-e qravür janrının dahi rəssamı Toşusai Şaraku ənənəvi Yapon teatr sənəti kabuki və kyogen aktyorları, sumo döyüşçülərinin portretləri ilə şöhrət qazanmışdır. Onun yaratdığı portretlər öz universallığı ilə seçilir və hər portretdə təsvir olunan obrazın sərtliyi, obraza məxsus fərdi ifadə əks olunur.

Təqdim edilən sərgi “Şarakunun reproduksiyaları”, “Şaraku qrafik incəsənətdə” və “Şarakuya ehtiram” adlı 3 hissədən ibarətdir. Sərgi 28 yapon qrafik dizaynerin və 11 rəssamın, 200 il bundan əvvəl Edo şəhərində (indiki Tokio) fəaliyyət göstərən Şarakunun işləri üzərində keçirtdiyi bir sınaqdır. Bu işlərin hər biri çevik konsepsiya və ifadə gücü ilə seçilir. İştirakçı rəssamların rəsmlərin interpretasiyana göstərdiyi zəngin yanaşma və şəxsi yozma, nəinki avanqardlığın keyfiyyəti və ukiyo-e rəssamların cazibəsini təsdiqləyir, həmçinin ukiyo-e, qrafik dizayn və müasir incəsənət arasında yaranan maraqlı rezonansa işarə edir. Sərgidə Şarakunun davamçılarının sərbəst interpretasiyasında hazırlanmış 81 sayda poster, rəsm və iri-ölçülü sənət əsərləri nümayiş olunur.

Sərgi oktyabr ayının 12-dək davam edəcək.

Günel







24 Sentyabr, 2014  09:34 Baxılıb: 1559 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner