Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

AB Azərbaycanla bağlı bəyanat yaydı

Avropa Birliyi (AB) Azərbaycanda fundamental azadlıqlarla bağlı vəziyyətə dair bəyanat yayıb

AB-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, bəyanatda AB Azərbaycanda fundamental azadlıqlara hörmətlə yanaşma sahəsindəki problemlərdən narahat olduğunu bildirib. 

Sənəddə aprelin 2-də keçirilmiş aksiyanın qarşısının alınması və xeyli sayda iştirakçının saxlanması, bəzi şəxslərin ittiham edilməsi əksini tapıb və qurum Azərbaycan hakimiyyətini bu şəxsləri azad etməyə çağırıb.

Bəyanatda son günlər bir neçə jurnalistə təzyiq edilməsi ilə bağlı narahatlığını ifadə edən AB bu hadisələrə dair ATƏT-in Media Azadlığı üzrə nümayəndəsinin bəyanatını dəstəklədiyini qeyd edib. AB dövlət qurumlarını bu halları açıq şəkildə ifşa etməyə, jurnalistlərə qarşı törədilən zorakılığın günahkarlarını ədalət mühakiməsinə cəlb etməyə və gələcəkdə bu cür halların qarşısını almağa çağırıb: “Biz ATƏT-in fəaliyyətdə olan sədrinin Bakıya son səfəri zamanı onun hər bir demokratik dövlət üçün sərbəst toplaşma azadlığının mühüm olduğuna dair bəyanatını xatırladır, Azərbaycanı demokratik islahatları davam etdirməyə çağırırıq”.

Bəyanatda qeyd olunub ki, ATƏT, Avropa Şurası və Avropa Birliyinin müəyyən etdiyi dəyərləri rəhbər tutaraq, Avropa Birliyi Azərbaycanda gələcək islahatların aparılmasında göstərdiyi dəstəyi davam etdirməyə hazırdır.

Avropa Birliyi Azərbaycanla əlaqələrinin intensivləşdirilməsinə verdiyi əhəmiyyəti xatırladır, Azərbaycan hökumətini Şərq Tərəfdaşlığı və Avropa Qonşuluq Siyasəti çərçivəsində təklif olunan imkanlardan tam istifadə etməyə çağırır.






8 Aprel, 2011  20:52 Baxılıb: 1186 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner