Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Metyu Brayza ittihamlara cavab verdi

ABŞ səfiri Azərbaycan deputatlarının deyil, ermənilərin tənqidlərinə mövqe bildirdi

Bu gün ölkə parlamentinin bəzi deputatları - Azay Quliyev, Fəzail Ağamalı və Elman Məmmədov ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın ünvanına sərt fikirlər səsləndirib.
Deputatlar səfiri Xankəndində inşa olunan aeroportla bağlı mövqeyinə görə ermənipərəst adlandırıblar.
Bu gün ABŞ səfiri Metyu Brayza barəsindəki fikirlərlə bağlı jurnalistlərə açıqlama verib. Səfirin Azərbaycan deputatlarının fikirlərinə münasibət bildirəcəyi gözlənilsə də, M.Brayza erməni diasporunun hərəkətini qınayıb.

“ABŞ demokratik ölkədir, orada hər kəs öz mövqeyini ifadə edə bilər”- deyən M.Brayza ABŞ-dakı erməni diasporunun onun Azərbaycanda səfir təyin olunmasına qarşı növbəti kampaniyaya başlayacağı barədə erməni mətbuatının yaydığı məlumatlara münasibət bildirərkən deyib. Səfir erməni diaspor nümayəndələrinin onun barəsində səsləndirdiyi fikirlərin yanlış olduğunu da bildirib:

“Mənim barəmdə yazılanlar düzgün deyil. Amma hər adamın öz mövqeyini bildirmək haqqı var”.


Azərbaycana səfir təyin olunması ilə bağlı ABŞ Senatında dinləmələrin nə zaman keçiriləcəyi barədə suala cavabında isə M. Brayza bu barədə məlumatı olmadığını deyib: “Mənim üçün əsas odur ki, orda çıxış etmək və özümü müdafiə etmək imkanım var”.

Xatırladaq ki, 2010-cu il dekabrın 30-da ABŞ prezidenti Barak Obama Konqresin tətildə olduğu bir vaxtda səlahiyyətlərindən istifadə edərək Azərbaycan da daxil olmaqla 6 ölkəyə səfir təyin edib. Prezidentin sərəncamına əsasən, səfirlər Senatın təsdiqinə ehtiyac qalmadan vəzifələrinin icrasına başlaya bilirlər. Lakin Senat Konqresin növbəti sessiyasının sonuna qədər (2011-ci ilin noyabr-dekabr ayları) səfirləri təsdiqləməsə, prezidentin sərəncamı qüvvəsini itirəcək.

M. Brayza fevralın 17-də etimadnaməsini Azərbaycan prezidentinə təqdim edərək səfir kimi vəzifəsinin icrasına başlayıb.

Ramil






8 Aprel, 2011  19:57 Baxılıb: 1234 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner