Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Türk xalqlarının musiqisi ortaq dəyərlər müstəvisində”- KONFRANS

Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı davam edir.

Simsar.az xəbər verir ki, bu gün festival çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında “Türk xalqlarının musiqisi ortaq dəyərlər müstəvisində” mövzusuna həsr olunmuş konfrans keçirilib.

Konfransı giriş sözü ilə ittifaqın sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə açaraq dahi bəstəkarımız Üzeyir Hacıbəylinin adını daşıyan festivala ilbəil artan maraqdan, bu musiqi bayramı çərçivəsində təşkil edilən bir-birindən maraqlı silsilə konsertlərdən söz açıb.

Türk xalqlarının musiqisinin dərindən araşdırılmasının vacibliyindən danışan F.Əlizadə qeyd edib ki, son illərdə türk mədəniyyətinə, türk xalqlarının etnoqrafiyasına və musiqisinə maraq xeyli artıb.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, Əməkdar Elm Xadimi, professor Zemfira Səfərova “Üzeyir Hacıbəylinin elmi irsi türk xalqlarının musiqisi kontekstində” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi zəngin tarixi köklərə malik Azərbaycan musiqisinin inkişafında əvəzsiz xidmətləri olan dahi bəstəkarımız Üzeyir Hacıbəyli əsərlərini milli musiqi irsimizin, eləcə də türk xalqlarına məxsus ifaçılıq sənətinin öyrənilməsi baxımından dəyərli mənbə olduğunu vurğulayıb.

Tədbirdə macarıstanlı bəstəkar və musiqişünas Şandor Sabonun “Qədim Macar Şərq musiqisi haqqında araşdırmalar” mövzusunda məruzəsi dinlənilib. O, çıxışını əyani olaraq nadir hallarda ifa edilən ənənəvi hind aləti – esracda səsləndirdiyi musiqi parçaları ilə nümayiş etdirib.

Konfransda dinlənilən “Türk xalqlarının musiqisində məqam problemlərinə dair”, “Bəzi qədim türk melodiyaları və musiqi janrlarının Yaxın Şərq xalqlarının ənənəvi musiqisinə inteqrasiyası haqqında”, “Üzeyir Hacıbəyli yaradıcılığında türkçülük ideyaları” və digər mövzularda məruzələr maraqla qarşılanıb.

Günel







23 Sentyabr, 2014  12:59 Baxılıb: 705 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner