Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Dövlətdən maliyyə asılılığı QHT-lərin inkişafına mane olur” – EKSPERT

“Qeyri Hökumət Təşkilatları Azərbaycanın müvafiq qanunvericiliyinə zidd öhdəliklər hesabına xaricdən maliyyələşməməlidir”.

Bunu Simsra.az-a iqtisadi ekspert Ramil Osmanlı QHT-lərin xaricdən maliyyələşməsi məsələsinə münasibət bildirərkən deyib.

O bildirib ki, QHT adından da göründüyü kimi ictimai institutdur və vətəndaş cəmiyyətinin inkişafının lokomotividir: “Bu baxımdan, QHT-lərin dövlət tərəfindən birbaşa maliyyələşməsini təqdir etmirəm. Bütün sosial münasibətlərdə maliyyə asılılığı fərdin, yaxud cəmiyyətin inkişafının qarşısını alan başlıca faktordur. Hər bir halda, QHT-lərin kütləvi şəkildə dövlət maliyyəsi hesabına, büdcə vəsaitləri sayəsində fəaliyyəti də ziyanlıdır”.

Ekspert hesab edib ki, QHT-lərin xarici donorlardan maliyyələşməsi mənsub olduğu ölkənin mənafeyinə də uyğun gəlməyə bilər. Bu faktor da QHT-lərin dövlətdən asılılığını stimullaşdırır: “Dövlət əleyhinə istiqamətlənmə də QHT-lərin onsuz da məhdud olan maliyyə resurslarının itirilməsinə səbəb ola bilər”.

Hüseyn İbadlı

 






23 Sentyabr, 2014  11:50 Baxılıb: 776 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner