Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Vəhhabilərin başında Fazil Mustafa durur” – BAKIXANOV MOLLASI

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa vəhhabilərlə əməkdaşlıqda ittiham olunmasına münasibət bildirib.

Simsar.az-ın məlumatına görə, Fazil Mustafa “Facebook” səhifəsində yazıb ki, dünən Bakıxanov qəsəbəsində yas məclisini aparan molla, ehsanların yığışdırılması ilə bağlı onu ittiham edib və vəhhabilərlə əməkdaşlıqda günahlandırıb:

“Bakıxanov qəsəbəsində yas məclisində molla deyib ki, hüzrdə  yemək vermək milli adətimizdir, ehsan verməməyi təbliğ edənlər isə vəhabilərdir, onların başında da Fazil Mustafa durur. Hesab edirəm ki, ehsan mafiyası artıq öz müqavimət formasını tapıb. Qarınlarını doydurmaq üçün yoxsul insanların istirabdan qurtulmasını belə əngəlləməyə çalışırlar. Həmin mollanın isə kimliyini araşdırıram və təbii ki, məsələnin mənbəyinə gedib çıxmağa çalışacağıq. Maraqlıdır ki, dünən İrandan idarə olunduğu bəlli olan “Şanlı İldırım” adlı “Facebook” profilindən də təhqiramiz mesaj aldım və orada da məni yəhudilərə işləməkdə suçlayırdı. Ötən günlərdə də burada paylaşmışdım, xüsusi xidmət orqanlarımızla bağlılığı olan bir ilahiyyatçı Türkiyə kanalında məni nurçu adlandırmışdı. İndi qalmışam məəttəl, bunlar arasında görünür ki, koordinasiya yoxdur. Müəyyən edə bilmirlər ki, mən kiməm”.
Hüseyn İbadlı





23 Sentyabr, 2014  10:18 Baxılıb: 737 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner