Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Şagirdləri məktəbə qəbul edə bilmərik” – DİREKTOR

Şairdlər “3” qiymətinə görə 18 nömrəli məktəbə qəbul olunmur

Paytaxtın Mikayıl Müşfiq adına 18 nömrəli məktəbində bəzi şagirdlər  qiymət kitabçasında “3” qiyməti olduğu üçün məktəbə qəbul edilmir.

Övladı məktəbə qəbul edilməyən Yelana Mirzəyeva şikayətində bildirib ki, oğlu Yusif  Mirzəyev bu il ikinci sinifdə təhsil almalıdır.

Lakin məktəbdən ona bildirilib ki, Yusifin qiymət kitabçasında “3” qiyməti olduğundan onu məktəbə qəbul edə bilməzlər.

“Məktəblərin açılmasından 7-8 gün keçib, lakin mənim övladım hələ məktəbə qəbul olunmayıb”.

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsi ilə əlaqə saxladıq. Amma BŞTİ-dən sorğumuza cavab verən tapılmadı.

18 nömrəli məktəbin direktoru Səkinə Məmmədova belə bir hadisənin baş verdiyini təsdiqlədi.

“Yusif Mirzəyevin valideyni bizə 15 sentyabrda müraciət edib. Biz ona demişik ki, bizdə əmr var – istər birinci, istər “15-ci sinif” olsun qəbul edə bilmərik. Məktəbimizin qanunvericiliyinə  görə,  sentyabrın 15-dən oktyabrın 5-ə qədər məktəbə qəbul dayanır. Oktyabrın 5-dən sonra buyurub gəlsinlər. Bura xalqın məktəbidir, niyə qəbul etməyək?!”

Qeyd edək ki, şagirdlərin “3” qiymətinə görə, 18 nömrəli məktəbə qəbul edilməməsi ilə bağlı Simsar.az-a bir neçə şikayət daxil olub.

Aysel Kərimova

 

 






23 Sentyabr, 2014  10:15 Baxılıb: 927 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner