Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Fransada müsəlmanlar təhqir edildi

Fransanın şərqindəki Besancon şəhəri yaxınlığındakı Pontarlier qəsəbəsində, daha öncə də irqçi hücumlara məruz qalan bir məscidin qapısına donuz cəsədi atılıb.

Simsar.az xarici mətbuata istinadən xəbər verir ki, məscid rəhbərinin şikayətindən sonra gələn təhlükəsizlik gücləri cəsədi götürüblər. Fransa İslam Əleyhinə Hücumları Araşdırma təşkilatının sədri Abdallah Zəkri, bu hadisənin İraq və Suriyada qarşıdurmaların davam etdiyi bir dövrdə, müsəlmanlara qarşı təxribat olduğunu deyərək, irqçi hucumu sərt şəkildə pisləyib. Zekri, “Biz sülh içərisində yaşamaq istəyirik. Bəzi xarici qüvvələr və irqçilər cəmiyyətlər arasında nifrət toxumları səpmək istəyirlər. Unutmayın ki, Avropada müsəlmanların ən çox məskunlaşdığı ölkə olan Fransada, Şimali Afrika mənşəli təxminən 4 milyon müsəlman yaşayır”.

Qəsəbənin tərkibində olduğu Franche-Comte bölgə valisi Stephane Fratacci, verdiyi açıqlamada ibadət evinə edilən bu təhqiramiz hərəkəti pisləyərək, hadisəni törədənlərin dərhal həbs edilməsini tələb edib.

Qeyd edək ki, eyni məscidin qapısına yanvar ayında xaç və Nasizm salamı “SS” işarələri qoyulmuşdu.

Vüsal Qarayev

 






23 Sentyabr, 2014  09:58 Baxılıb: 728 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner