Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Məhəbbət mahnılarının yaşayan əfsanəsi Xulio İqlesias

O əslində bir futbolçu idi. Amma keçirdiyi avtomobil qəzası onun futbolçu kariyerasını alt-üst etdi. 1 il 5 ay yataq xəstəsi oldu. O dövrdə özünü təsəlli etmək üçün əlinə aldığı gitara isə bütün həyatını dəyişdi. İndi isə dünyanın hər yerində, hər 30 saniyədən bir onun mahnıları səslənir. Söhbət məhəbbət mahnılarının yaşayan əfsanəsi Xulio İqlesiasdan gedir. 1943- cü ildə Madriddə dünyaya gələn dünya şöhrətli İspan müğənnisinin bu gün doğum günüdür.

Tələbəlik illərində Real Madrid futbol klubunun gənclərdən ibarət komandalarından birinin qapıçısı olan Xulio İqlesias 20-ci yaş günündən 1 gün əvvəl- 1963- cü ilin sentyabrın 22-də  keçirdiyi avtomobil qəzasından sonra futbolçu xəyalından imtina etmək məcbruriyyətində qalır.

Qəzadan onun sonra həyatda qalmağı bir möcüzə idi. Hətta o vaxtlar həkimlər onun yenidən yeriyə bilməsi üçün növbəti bir möcüzəyə ehtiyacı olduğunu bildirmişdilər. Və Xulio bu möcüzələri ard-arda yaşayır. Qəzadan sonra bir müddət əllərini işlətmək məqsədi ilə gitar çalmağa başlayan sənətçi həyatının sonrakı illərində bir super ulduz olacağını hər halda ağlına belə gətirmirdi. Əvvəlcə yenidən ayaqları üzərində dayanmağı bacaran, əfsanəvi sənətçini qarşıda daha uğurlu bir ömür gözləyirdi. Gözəl səs imkanları və qüsursuz kitara ifaçılığı onu nəinki İspaniyanın, hətta dünyanın sevilən sənətçilərindən birinə çevirdi.

1968- ci ildə qatıldığı bir musiqi yarışmasında, məşhur mahnısı “La Vida Sigue İgual” (Həyat hər zamankı kimi davam edir) səsləndirərək birinci olur. 1970- ci ildə  isə Avroviziya müsabiqəsində İspaniyanı təmsil edir. Kolumbiyanın Val şirkəti ilə müqavilə imzalayan Xulio, 1983- cü ildə dünya tarixində  əcnəbi dildə ən çox valı satılan sənətçi kimi Ginnesin Rekordlar kitabına düşür.

Xulionun uğur qapılarının sonuna qədər açmasının ən əhəmiyyətli açarı, onun məxmər səsə malik olmasındadır. Üzərindən  illər keçmiş mahnıların ən yaxşılarının seçərək,bəlkə yada salmaq, bəlkə də tanıtmaq üçün yenidən ifa edən sənətçinin mükəmməl  yaradıcılığı, ecazkar səsi Latın Ameikasından sonra bizim ölkəyə də gəlib çatdı. Onun 38 köhnə mahnılarından ibarət olan, İspan və İngilis dillərində hazırladığı albomu özünün  də dediyi kimi tamaşaçılarına təşəkkür albomu idi. Müshibələrinin birində bu albomu belə dəyərləndirmişdi əfsanəvi sənətçi:

“Bir sədaqət, bir salamdır bu albom. Yenidən oxuduğum bu mahnıları dinləyən gənclər “indi anamı və nənəmi daha yaxşı anlaya bilirəm” deyə bilmələrini istəyirəm”.

İki dəfə ailə həyatı quran Xulio İqlesiasın  birinci həyat yoldaşı İzabel Preyslerlə evliliyindən 3 uşağı var: qızı Mariya İzabel, oğlanları Xulio İqlesias və atasının yolunu davam etdirən məşhur müğənni Enrike İqlesias.  İkinci həyat yoldaşı Miranda Reynsburgerlə 20 il birgə yaşasalar da, onlar yalnız 2010-cu ilin avqust ayında rəsmi evləniblər. Miranda ilə birgə ailə həyatından Xulionun 5 uşağı dünyaya gəlmişdir: oğlanları Migel Alehandro, Rodriqo və Gilyermo, əkiz qızları Viktoriya və Kristina.

Xulio İqlesias bu gün də dünyanın mübahisəsiz ən məşhur müğənnisidir.  Bu günə qədər sənətçiin 14 dildə ifa etdiyi mahnılardan ibarət 77 albomu 300 milyon nüsxədən artıq satılıb. "Sony Music" şirkətinin məlumatına əsasən o, ən çox albom satışı göstəricisinə malik olan 10 müğənni arasında yer alır. Kariyerası boyunca 2600-dən çox platin və qızıl val sahibi olan Xulionun bu uğurunu, musiqi tarixində hələ keç bir müğənni ələ edə bilməyib.

Günel






23 Sentyabr, 2014  09:30 Baxılıb: 1171 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner