Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

ABŞ Dövlət katibində Türkiyə ilə bağlı şok AÇIQLAMA

ABŞ Dövlət Katibi Con Kerri Türkiyənin Mosuldakı Baş Konsulluğunun əməkdaşlarının girovluqdan azad edilməsindən sonra rəsmi Ankaranın “İraq Şam İslam Dövləti”nə (İŞİD) qarşı koalisiyaya qoşulacağına ümid etdiyini bildirib.

Con Kerri yerli mediaya açıqlamasında deyib ki, Türkiyənin “İŞİD”ə qarşı ABŞ-ın yanında olması vacibdir.

İŞİD-ə qarşı qurulan koalisiyada “Türkiyənin niyə müttəfiq olaraq yer almır?” sualına cavabında isə C. Kerri bildirib ki, Türkiyə ABŞ-ın müttəfiqidir və NATO üzvüdür: “Prezident Ərdoğan və baş nazir Davudoğlu ilə toplantılar keçirdik. Söz verdilər. Sözdə deyil, əməldə olacaq. Bu həftə ərzində isə ölkələrin üzərinə düşən vəzifələri müəyyənləşdirəcəyik”.

C. Kerri Türkiyə ilə bağlı bir sıra məsələlərə də aydınlıq gətirib: “Bu məsələdə açıq danışmalıyam. Türkiyə 49 girov səbəbindən çətin vəziyyətə düşdü. Buna baxmayaraq, Ciddə və Parisdəki toplantılarda iştirak elədi. Ərdoğan birbaşa İŞİD-ə hücum etməyin Türkiyənin xeyrinə olduğunu dedi. Türkiyənin sərhədləri və təhlükəsizliyində narahatlıqlar var. Artıq nəticəni görmək üçün özlərinin hərəktə keçmələri lazımdır. Birlikdə çalışacağıq”.

Kerry “İŞİD”in neft qaçaqmalçılığına Türkiyə dövlətinin deyil, ayrı-ayrı şəxslərin məşğul olduğunu da deyib.

Vüsal Qarayev







23 Sentyabr, 2014  08:55 Baxılıb: 823 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner