Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Saakaşvilinin var-yoxunu əlindən alırlar – Qərar

Gürcüstan Baş Prokurorluğu ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin xarici banklarda olan hesablarının dondurulması ilə bağlı qərar çıxardıb.

Simsar.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, prokurorluqdan bildirilib ki, bir çox cinayətdən ittiham olunan və haqqında qiyabi həbs-qətimkan qərarı verilən Saakaşvilinin əmlakının müsadirə edilməsi ilə bağlı isə artıq məhkəmə hökmü verilib.

Açıqlamada o da qeyd olunub ki, Saakaşvili vəzifəsindən sui-istifadə edərək 5 milyon dollar mənimsəyib.

Keçmiş prezidentin Gürcüstana verilməsi ilə bağlı qərarın çıxarılmasına isə hazırlıq gedir.

Xatırladaq ki, haqqında qiyabı həbs qərarı olan Saakaşvili 2007-ci ildə müxalifətin mitinqini güc tətbiq edərək dağıtmaqda, bir televiziya rəhbərinin var-dövlətini mənimsəməkdə, korrupsiyada ittiham olunur.

ABŞ-ın “New York Times” qəzeti isə yazır ki, 2013-cü ildən Gürcüstanı tərk edən Saakaşvili ABŞ-ın zənginlər məhəlləsində -  “Williamsburg”da lüks sürgün həyatı sürür.

Qarayev Vüsal

 

 






23 Sentyabr, 2014  08:30 Baxılıb: 798 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner