Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Şübhəli Bakı sakini tutuldu

Abşeron rayon polis şöbəsinin əməkdaşları üzərində külli miqdarda narkotik maddə olan qurudulmuş mariuxana gəzdirən şəxsin qoluna qandal vurub.

ANS TV-nin məlumatına görə, Xırdalan şəhər sakini 38 yaşlı Səmədov Faiq Nəriman oğlunun özünü şübhəli aparması, sonda onu ələ verib. Şöbəyə dəvət olunan F.Səmədovun üzərinə baxış keçirilib. Polis əməkdaşları onun üzərində olan sellofan torbadan yarım kiloqrama yaxın qurudulmuş mariuxana aşkar ediblər.

Abşeron RPŞ-nin müstəntiqi Nəriman Atakişiyevin sözlərinə görə saxlanılan şəxs etiraf edib ki, mariuxana onu məxsusdur və onun Sumqayıt şəhərindən alıb.

Saxlanılan şəxs həmin narkotik maddəni necə əldə etməsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, Corat qəsəbəsi ərazisində avtomobili nasaz olan bir nəfərə yardım edib. Elə köməklik göstərdiyi adamla söhbət zamanı ona narkotik maddə almağı təklif edib. Bu maddələrə alüdəçi olan Faiq, təklifi müsbət cavablandırıb.

"Mənə dedi ki, 150 manat ver hamısını sənə verəcəm, üstündən də götürməyəcəm, mən də razılaşdım", deyə F.Səmədov bildirib.

Hazırda faktla bağlı cinayət işi başlanılıb. İstintaq Faiq Səmədova narkotik maddə satan şəxsin kimliyini də müəyyən etməyə çalışır.






22 Sentyabr, 2014  21:25 Baxılıb: 880 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner