Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Qərbi Afrika ölkələrində məktəblər bağlandı – EBOLA

Qərbi Afrika ölkələri Qvineya, Liberiya və Sierra Leonedə  Ebola epidemiyası geniş yayıldığı üçün  məktəbləri  bir müddət  bağlı  elan edib.

Simsar.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə,  seçki tarixlərinin dəyişməsinə, sərhədlərin bağlanılmasına səbəb olan Ebola epidemiyası, indi də məktəblərin açılmasına mane olub. Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Kömək Fondu (UNİCEF), Liberiya və Sierra Leonedə 3,5 milyondan çox uşağın Ebola virusunun yayılması riskinə qarşı məktəbdən məhrum qaldığını açıqlayıb.

Nigeriya hökuməti 26 avqustda  mətbuata açıqlamasında məktəblərin 13 oktyabra qədər təxirə salındığını  bildirmişdi. Daha sonra isə  epidemiyaya qarşı alınan sıx tədbirlər nəticəsində məktəblərin 22 sentyabrda açılmasına qərar verildiyini demişdi.

Epidemiyanın geniş yayıldığı bir başqa ölkə olan Sierra Leonedə ibtidai məktəblərin vəziyyət düzələnə qədər bağlı qalacağı açıqlanmışdı. 31 iyulda məktəblərin bağlanması qərarı alan Liberiya hökumət isə açılış tarixi mövzusunda hələ konkret tarix açıqlamayıb.

UNİCEF və Liberiya Təhsil Nazirliyi, tələbələrin dərslərindən geri qalmamaları üçün radioda yayımlanacaq təhsil proqramları hazırlayıb. Hazırlanan proqramın, 29 Sentyabrda qüvvəyə minməsi gözlənilir.

Qvineyada da məktəblərin açılışı ilə bağlı bir tarix açıqlamayıb.







22 Sentyabr, 2014  19:47 Baxılıb: 758 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner