Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə dəyişiklik edildi

İşçilər cərimələrin 25 faizindən yararlanacaq

Milli Məclisinin iclasında “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunub. APA-nın məlumatına görə, dəyişikliklər barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişiklik miqrasiya orqanları əməkdaşlarının sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlib. 

Təklif olunan dəyişikliyə əsasən miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə miqrasiya orqanları tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25%-i miqrasiya işçilərinin sosial müdafiəsini gücləndirmək, maddi təminatını yaxşılaşdırmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının hesabına keçiriləcək. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.

Ə. Hüseynli deyib ki, qanuna əlavələr təsdiq olunduqdan sonra vəsaitdən istifadə qaydaları da müəyyənləşəcək. Bu, indiki şəraitdə müsbət addımdır və miqrasiya işçiləri əməkdaşlarının maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəldiləcək”.

Əlavə və dəyişikliklər müzakirələrdən sonra təsdiqlənib.






8 Aprel, 2011  18:04 Baxılıb: 1405 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner