Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

“Qərbliləri boğun, bıçaqlayın, zəhərləyin” – İŞİD-DƏN FƏTVA

İŞİD, ABŞ-ın qurduğu koalisiyaya qoşulan ölkələri hədələyib. Təşkilat tərəfdaşlarını ABŞ, Fransa və digər müttəfiq ölkələrində terror törətməyə çağırıb. İŞİD-in səlahiyyətli şəxslərdən biri Əbu Adnani yaydığı səsli açıqlamada, ABŞ-ın liderliyi ilə yaradılan Koalisiyaya səslənərək, “məsələ düşündüyünüzdən daha böyükdür” – deyib.

Adnani, koalisiyanı “xaçlılar” olaraq dəyərləndirərək, “əvvəlki xaç yürüşlərində olduğu kimi bu dəfə də onlar məğlub olacaqlar” deyib. Təşkilat ilk dəfə rəsmi olaraq Adnani vasitəsiylə yaydığı səsli mesajda, “şəxsi cihad” çağırışı edərək, “edə biləcəyiniz ən yaxşı şey, bütün fransız, amerikan və onların müttəfiqləri kafirləri öldürməkdir. Əgər öldürməyə silah, ya da bomba tapmasanız, o zaman amerikan, fransız, avstraliyalı, kanadalı, ya da digər müttəfiqlərindən kafirləri tutun, daşla başlarını əzin, bıçaqla öldürün, maşınınızla əzin, hündür bir yerdə atın, boğun, ya da zəhərləyin” deyə tərəfdaşlarına səslənib.

İŞİD səlahiyyətlisi, ABŞ-a səslənərək, “Amerika, məsələ sizing düşündüyünüzdən çox daha təhlükəli, sizin xəyal etdiyinizdən daha çox ciddidir” – deyib.

İtaliyanın Roma şəhərini də fəth edəcəklərini deyən Adnani, Misirdəki İŞİD-liləri, hərbi rütbəlilərə və dövlət adamlarına sui-qəsd etməyə çağırıb.

Qeyd edək ki, ABŞ 40 ölkənin İŞİD-ə qarşı koalisiyaya dəstək verəcyinə söz verdiyini açıqlayıb.

ABŞ-dan sonra Fransa da İraqdakı İŞİD güclərini havadan vurmağa başlayıb.

Obama, başqa ölkələrin də İŞİD-ə havadan hücum etmək istədiyini açıqladıqdan sonra, Avstraliya Hava Qüvvələri də F-18 qırıcılarını bölgəyə göndərib.

Vüsal Qarayev

 






22 Sentyabr, 2014  16:26 Baxılıb: 756 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner