Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Ehtiyatda olan hərbçilər vaxtaşırı təlimlərə çağırılacaq” –Komitə sədrinin müavini

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 13-dən etibarən irimiqyaslı hərbi təlimlərə başlanılıb. Növbəti mərhələsinə bu gün start veriləcək. Digər hərbi təlimlərdən fərqli olaraq bu dəfəki təlimlərə ehtiyyatda olan hərbi qulluqçular da cəlb olunub.

Təlimləri dəyərləndirən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, deputat Aydın Mirzəzadə Simsar.az-a bildirib ki, təlimlərə ehtiyyatda olan hərbçilərin cəlb olunması məsələsi çoxdan planlaşdırlıbmiş.

Ehtiyyatda olan hərbi qulluqçuların təlimlərə cəlb olunmasını müsbət hal kimi xarakterizə edən A. Mirzəzadə deyib ki, təlimlərin bu formatda aparılmasına nə zamansa başlanılmalı idi:

“Ehtiyyatda olan hərbiçilər dövlət tərəfindən səfərbərlik elan edilən vaxt orduya çağırıla bilərlər. Nəzərə almaq lazımdır ki, onların hər hansı təlimlərə qatılmamaları, silahdan uzun müddət istifadə etməmələri müəyyən stuasiyalarda problemlərə səbəb ola bilər. Həmin hərbiçilərin təlimlərə çağırılması ordu ilə yanaşı ehtiyyatda olanların da hər an vətənin müdafiəsinə qalxmasına müsbət şərait yaradır”.

A.Mirzəzadənin sözlərinə görə, hərbi təlimlər döyüş bacarığının keyfiyyət dərəcəsinin artmasına xidmət edir: “Təlimlərə cəlb olunan istər hərbi qulluqçuların, istərsə də texnikanın sayında artım var. Bu dəfəki təlimlər isə iki cəhəti ilə digərlərindən fərqlənir. Belə ki bu dəfə təlimlər qardaş Türkiyənin Silahlı Qüvvələri nümayəndə heyətinin iştirakı ilə keçirilib. Bu Azərbaycanın hərbi hazırlığının daha da yüksəldilməsi, iki ölkənin ordusunun birgə fəaliyyət gücünü nəzərə alma və standartları yaxınlaşdırmaq məqsədi daşıyır”.

Deputat onu da qeyd edib ki, bundan sonra da ehtiyatda olan hərbçilər vaxtaşırı olaraq təlimlərə çağırılacaq və müəyyən kurslarda iştirak edəcəklər: “Biz onsuz da müharibə şəraitindəyik. Müharibənin atəşkəsdən qızğın dövrə keçməsi isə istənilən an baş verə bilər”.

 

Ülviyyə Cövdətqızı







22 Sentyabr, 2014  16:02 Baxılıb: 765 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner