Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva Qaqauziya televiziyasına Xocalı Soyqırımından danışdı

Milllət vəkili Qənirə Paşayeva Qaqauziya televiziyalarına və mətbuatına  Xocalı Soyqırımı ilə bağlı geniş müsahibələr verib

Milllət vəkili  Qənirə Paşayeva Moldova Respublikası Qaqauz Yerinin televiziya kanallarına, qəzet və agentliklərinə Azərbaycanla bağlı, xüsusilə də Ermənistanın işğalçılıq siyasəti və Xocalı Soyqırımı ilə bağlı geniş müsahibələr verib. Millət vəkili Qənirə Paşayeva müsahibəsində Ermənistanın işğal etdiyi Xocalı şəhərində dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımın dünyaya daha geniş çatdırılması və tanıdılması istiqamətində ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva və fondun vitse-presidenti Leyla Əliyevanın rəhbərliyi altında həyata keçirilən Xocalıya Ədalət Kampaniyası çərçivəsində, Azərbaycan Parlamenti, bır sıra dövlət qurumları və xaricdə yaşayan insanlarımızın da fəallığı nəticəsində görülən işlərin daha da genişləndiyini və bunun nəticəsində artıq dünyanın bir sıra ölkələrinin Xocalı Soyqırımını tanıdığını və onların sayının getdikcə artmasının, yəni ədalətin yanında olanların artmasının önəmli hadisə olduğunu deyib. Millət vəkili Qənirə Paşayeva Azərbaycan xalqının soyqırıma məruz qaldığını  dünyanın hər tərəfində yaşayan insanlara daha geniş şəkildə duyurmaq və bütün dünyanın Xocalı Soyqrımını bilməsi üçün hər yerdə konfranslar və tədbirlər təşkil edildiyini deyib. Ermənistan dövlət rəsmilərinin tarix qarşısında deyil, ədalət qarşısında hesab vermələrinin Azərbaycanın ən böyük hədəfi olduğunu qeyd edən Qənirə Paşayeva Xocalı soyqırımının  yalnız azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı edilmiş bir cinayət olduğunu söylədi: "Xocalı Soyqırımını törədənlərə insan demək belə istəmirəm. Çünki insan belə bir qətliamı törədə bilməzdi. Bu soyqırımda nə qədər uşağın qətlə yetirildiyini bilirsiniz? Bu günahsız uşaqlar, qadınlar əli silahlı əsgərlərə qarşı nə edə biləcəkdi ki, bu cür qətliama məruz qaldılar? Soyqırımı edənlər ədalət qarşısında hesab verməlidir. Hər kəs Azərbaycanı bu mövzuda dəstəkləməlidir.  Ermənistan Azərbaycanın  20%  torpağını işğal altında saxlayır. Bu gün 1 milyon Azərbaycan Türkü evinə dönə bilmir. Ermənistan beynəlxalq təşkilatların qərarlarına məhəl qoymur. Biz də bunu dünyanın müxtəlif ölkələrində izah edirik.  Bir sıra ölkələrin  Xocalı soyqırımını dövlət səviyyəsində tanıması üçün qərarlar qəbul etməsi bizim üçün çox əhəmiyyətlidir. Bu başqa ölkələrin də gündəminə gəlməlidir. İnanırıq ki, yaxın zamanda Xocalı Soyqırımını tanıyan ölkələrin sayı daha da artacaq.” Millət vəkili Qənirə Paşayeva eyni zamanda Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlaması, həyata keçirdiyi etnik təmizləmə siyasəti, 1 milyon qaçqın və məcburi köçkünün 20 ildən artıqdır öz yurd-yuvalarına dönə bilməməsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından azərbaycanlılara məxsus tarixi,mədən,dini abidələri,qəbirstanlıqları dağıtmaları barədə də ətraflı məlumat verib.   Millət vəkili Qənirı Paşayeva eyni zamanda Azərbaycan tarixi, mədəniyyəti, bu günü, inkişafı, potensialı barədə də danışıb. O, Azərbaycanla Qaqauziyadakı qardaş-bacılarımız arasında əməkdaşlığın daha da genişləndirilməsi, biri-birimiz daha geniş tanımamız üçün televiziya və mətbuatın da üzərinə böyük missiya düşdüyünü deyib və onları Azərbaycana dəvət edib. Millət vəkili Qənirə Paşayeva Qaqauziyaya səfər etmiş Türkiyənin "Kanal 78" kanalının suallarını da cavablandırıb.







22 Sentyabr, 2014  15:36 Baxılıb: 761 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner