Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Deputatlardan hicabla bağlı qadağaya REAKSİYA

Xəbər verdiyimiz kimi bu gün, 158 saylı orta məktəbin 10 sinif şagirdi Fatimə Babaxanova, məktəb direktoru Zemfira Səmədovanın göstərişinə əsasən, hicablı olduğundan məktəbə buraxılmayıb.

Məsələ ilə bağlı Təhsil Nazirliyi açıqlama vermək istəməsə də, bəzi millət vəkillərinin fikirlərini öyrəndik.

Millət vəkili Musa Qasımlı bildirib ki, Azərbaycan Konstitusiyasında vətəndaşların geyim seçimində tam sərbəst olduqları qeyd olunur. Lakin şagirdlərin vahid məktəbli formasında məktəbə getmələri vacibdir. “Ölkəmizdə vahid məktəbli forması qəbul edilib. Və bütün şagirdlər də həmin formada məktəbə gəlməlidirlər. Hər bir valideyin öz övladını bu formada məktəbə göndərməlidir. Məktəbdən sonra kim necə istəyir, elə də geyinə bilər”.

Millət vəkili Fazil Mustafa isə, məsələyə daha tolerant yanaşıb. O bildirib ki, vahid məktəbli forması olsa da, insanların inancına da hörmət edilməlidir və qanunlarımızda hicabı qadağan edən heç bir maddə yoxdur: “Məktəbdə şagirdin geyiminə yox, onun hansı səviyyədə təhsil aldığına diqqət yetirilməlidir. Hansısa şagirdin hicaba görə məktəbə buraxılmamasının heç bir əsası yoxdur, bu qanunsuz hərəkətdir. Konistutisiyamızda belə bir qadağa yoxdur”.

Qeyd edək ki, son günlər təhsil ocaqlarında analoji hadisələr tez-tez baş verir.

Vüsal Qarayev






22 Sentyabr, 2014  15:08 Baxılıb: 1062 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner