Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ATƏT-in Varşava toplantısı işə başladı – MƏRUZƏLƏR

Sentyabrın 22-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkilatçılığı ilə növbəti zirvə toplantısı start götürüb.

Bu barədə Simsar.az-a Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov məlumat verib.

O bildirib ki, ATƏT üzvü olan ölkələrin nümayəndə heyətlərinin, səfirlərin, habelə QHT rəhbərləri və tanınmış diplomatların qatıldığı bu toplantıda əsasən insan haqları və demokratiya məsələləri müzakirə olunur, fundamental azadlıqlar, azad media, sərbəst toplaşmaq azadlığı, dini etiqad azadlığı və milli azlıqların hüquqları haqqında danışılır, ayrı-ayrı hesabatlar dinlənilir. Bu dəfəki toplantıda Ukraynada baş verən son hadisələr ətrafında qızğın müzakirələrin gedəcəyi də gözlənilir.

Bu toplantıda Azərbaycanla da bağlı məruzələrin dinlənəcəyi gözlənilir. Bununla bağlı məlumat verən ADİHİ rəhbəri Əhməd Şahidov öz çıxışlarında Cənubi Qafqaz regionunda demokratiya, insan haqları fundamental azadlıqlar mövzusunu qabardacağını, habelə Dağlıq Qarabağ konflikti barədə geniş məlumat verəcəyini bildirib.

Qeyd edək ki, ATƏT-in zirvə toplantısı Oktyabrın 3-ə qədər davam edəcək.

Hüseyn İbadlı

 






22 Sentyabr, 2014  15:01 Baxılıb: 645 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner