Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Universitet müəllimlərinin maaşını artırdı

Azərbaycan Dövlət İqtisad Universiteti Elmi Şurasının iclası keçirilib.

Simsar.az xəbər verir ki, iclasda kadr potensialını artırmaq məqsədilə görülən işlərdən danışılıb. Bildirilib ki, universitetin “İşçilərin işə qəbulu və yerdəyişməsi” komissiyasına 309 nəfər müraciət edib, onlardan 75 nəfərinin vəzifəsi artırılıb, xaricdə təhsil almış 20 nəfərə yaxın ərizəçi işə götürülüb.

Oktyabrın 1-dən universitet əməkdaşlarının əmək haqlarının 15% artırıldığı elan olunub. 10 nəfər 75-80 yaşlı dosentin könüllülük prinsipi əsasında təqaüdə çıxacağı təqdirdə bir illik əmək haqlarının həmin gün onlara təqdim olunacağı bildirilib.

Şura üzvləri xüsusi istedadlar fakültəsinin 74 tələbəsinin 275 min manat həcmində yığılmış təhsil haqqı borcunu da müzakirə ediblər. Qərara alınıb ki, bu borc universitetin vəsaiti hesabına ödənilsin.

İclasda ümumi iqtisadiyyat fakültəsinin adı dəyişdirilib. Fakültə iqtisadiyyat və sənaye fakültəsi adlandırılıb.

 






22 Sentyabr, 2014  14:58 Baxılıb: 614 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner