Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Mehriban Əliyeva: “Son illər Bakı əsl mədəniyyətlərarası dialoq məkanına çevrilib”

"Ölkəmizdə hökm sürən yüksək tolerantlıq mühitini insanlarımızla ilk təmasdan hiss etmək mümkündür"

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Qadınlar – mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri” mövzusunda sessiya keçirilib.

Bakıda, “Gülüstan” sarayında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işini davam etdirib.

AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Forumun “Qadınlar – mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri” mövzusunda üçüncü sessiyasında iştirak edib. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və YUNESKO-nun mədəniyyət və mədəniyyətlərarası dialoq şöbəsinin direktoru Katerina Stenounun sədrliyi ilə keçirilən sessiyada qadınların mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri kimi cəmiyyət haqqında oynadığı rolun təşviq edilməsi məqsədi ilə nəzəri və praktiki çərçivənin müəyyən edilməsi məsələləri müzakirə olunub.

Sessiyanı açan Mehriban xanım Əliyeva qonaqları salamlayaraq Forumun əhəmiyyətindən danışıb. Azərbaycanın birinci xanımı vurğulamışdır ki, son illər Bakı əsl mədəniyyətlərarası dialoq məkanına çevrilib: “Yaxın keçmişə nəzər salaraq biz bir sıra beynəlxalq tədbirləri sadalaya bilərik. Keçən il ölkəmizdə Dünya Dini Liderlərinin Bakı Sammiti keçirilib. 2009-cu il Bakı İslam Mədəniyyətinin paytaxtı elan olunub. Həmin il İKT-yə üzv ölkələrin, eləcə də Avropa ölkələrinin mədəniyyət nazirlərinin toplantısı keçirilib. 2008-ci ildə Azərbaycan bütün qitələri əhatə edən beynəlxalq qadınlar konfransına ev sahibliyi edib. Bu konfransda mədəniyyətlərarası dialoqda qadınların roluna dair Bakı Bəyannaməsi qəbul edilib”.

Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi üçün həm güclü zəminin, həm də əlverişli mühitin mövcud olduğunu qeyd edən Mehriban xanım Əliyeva bildirib ki, qədim dövrdən bu günədək Azərbaycan bütün dünyaya açıq olan bir ölkə kimi tanınır: “Ölkəmizdə hökm sürən yüksək tolerantlıq mühitini insanlarımızla ilk təmasdan hiss etmək mümkündür. Bakıda yanbayan yerləşən müsəlman məscidi, katolik ibadətgahı, pravoslav kilsəsi, yəhudi sinaqoqu bu mühitin həm sübutu, həm nəticəsidir”.

Azərbaycanın birinci xanımı Forumda səslənəcək müxtəlif fikir və təkliflərin, tədbirin nəticələrinin mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə layiqli töhfə verəcəyini ümidvar olduğunu deyib.

YUNESKO-nun mədəniyyət və mədəniyyətlərarası dialoq şöbəsinin direktoru Katerina Stenou vurğulayıb ki, bu sessiya çox əhəmiyyətlidir: “Çünki bu sessiya qadınların mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri kimi oynadığı rolun təşviq edilməsi məqsədilə nəzəri və praktiki çərçivənin müəyyən edilməsinə yönəlmişdir. Bu baxımdan, mədəniyyətlərarası dialoq müştərək universal dəyərlərdən ilhamlanan davamlı proses hesab edilir. Bu, olduqca aktual mövzudur. Çünki dinc şəraitdə birgə yaşamaq cəmiyyətin bütün üzvlərindən bir-birini daha yaxşı anlamaq, mövcud stereotiplərin və əvvəlcədən formalaşmış düşüncələrin hüdudlarından kənara çıxmağı tələb edir. Mədəniyyət gender məsələləri ilə və fəaliyyətlə bağlı fikirlərimizə təsir göstərir. Mədəniyyət gender bərabərliyi və ədalət üçün davamlı vasitələrin tapılmasında əsas rol oynayır”.

Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Svetlana Orlova, Paris şəhəri 7-ci rayonun meri, Avropa Parlamentinin üzvü Rəşidə Dati, ABŞ Mədəniyyətlərarası Dialoq Mərkəzinin direktoru Vendi Lids-Hurvits çıxışlarında bildiriblər ki, dünyada müxtəlif siyasi, sosial və mədəni məsələlərin çoxsaylı istinad nöqtələri vardır. Bununla bərabər müxtəliflilik mürəkkəbliklər də mövcuddur. Natiqlər dünyada dialoqu gücləndirmək məqsədilə qadınların təcrübə və istəklərinin müxtəlifliyinə ədalətlə yanaşmağı bu müxtəliflikdən bəhrələnməyi və dialoqun miqyasını artırmağı təklif ediblər. Vurğulanıb ki, bunu etmək üçün qadınlarla bağlı mədəniyyətlərarası dialoqun mahiyyətini, onun növlərini və qarşılaşdığı maneələri daha dərindən anlamaq lazımdır. Bu, təhsil, elm, tədqiqatlar, media və mədəniyyət sahələrində xüsusi ilə vacibdir.

 

Simsar.az






8 Aprel, 2011  17:42 Baxılıb: 1388 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner