Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bazar günü “Nə? Harada? Nə zaman?” oyunu başlayır

“Azərbaycan” İntellektual Oyunlar Klubu bu bazar günü Azərbaycan və rus dillərində keçirilən “Nə? Harada? Nə zaman?” oyunun idman versiyası üzrə premyer liqasını  bərpa edir . Ənənəyə sadiq qalaraq mövsüm “Açılış Turniri” ilə başlayacaq.

Açılış turniri  21 sentyabr saat 12:00-da “Şərq” otelində baş tutacaq. Turnirin sual paketi 36 sualdan ibarət olacaq. Sual paketinin müəllifləri bu sahə üzrə kifayət qədər ixtisaslaşmış  Babək Qasımzadə, Elşən Quliyev, Fədai Məmmədov, Asim İbrahimli, Soltan Zahidov və Əlvan Abdulladır. Turnirdə qalib gəlmiş komandalar hədiyyə və sertifikatla təltif olunacaqlar.

Qeyd edək ki, “Azərbaycan” İntellektual Oyunlar Klubu 29 aprel 2012-ci ildə yaradılıb. Fəaliyyət dövrü müddətində klub paytaxt və  regionlarda davamlı olaraq müxtəlif  intellektual oyunlar, turnir və çempionatlar təşkil edib. Artıq 3-cü mövsümdür ki, AİOK-un təşkilatçılığı ilə universitetlərarası  Azərbaycan və rus dillərində sinxron çempionat keçirilir.

Eyni zamanda klub Azərbaycan İntellektual Klublar Assosiasiyasının üzvüdür.

 






22 Sentyabr, 2014  12:05 Baxılıb: 719 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner