Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Abel Məhərrəmovdan magistrlara dəstək

“Gələcəkdə elmi kim irəli aparacaq?”

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov bu gün parlamentdəki çıxışında ictimaiyyətin birmənalı qarşılamadığı mövzu ilə bağlı təklif verib.  

Rektor deyib ki, son vaxtlar magistraturada təhsil alan gənclərin hərbi xidmətə cəlb olunması çoxlu problemlər yaradıb: “Universitetdə 988 nəfər magistr pilləsində təhsil alır ki, onlardan 687 nəfəri qız, 301 nəfəri oğlandır. Əgər bu oğlanlar növbəti çağırışda hərbi xidmətə çağırılacaqsa, gələcəkdə elmi kim irəli aparacaq? Bilirik ki, qızlar bəzən ailə qurduqlarına görə elmlə məşğul ola bilmirlər. Oğlanların isə hərbi xidmətə çağırılması onların təhsildən yayınmasına gətirib çıxarır”.

A.Məhərrəmov eyni zamanda bildirib ki, ikinci problem hətta əyani şöbəyə daxil olan magistrlər bir müddətdən sonra dövlət qulluğuna elan çıxan kimi ərizə verib işə qəbul olunmaları ilə bağlıdır: “Onlar rektora müraciət edərək işlə təmin olunduğuna görə təhsildən azad edilməsini xahiş edirlər. Dövlət qulluğuna elan zamanı magistrlərin təhsildən yayınması təhsildə deformasiyaya gətirib çıxaracaq. Təklif edirəm ki, müvafiq qurumlar bu məsələni müzakirə etsinlər və məsələ gündəliyə çıxarılsın”.






8 Aprel, 2011  17:42 Baxılıb: 1331 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner