Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Məktəb rəhbərliyindən “unikal” təklif: “Hicab yox, parik taxsın”

Hicaba görə məktəbə buraxılmadı – Göstəriş məktəb direktorundan gəldi

Son günlər təhsil olcaqlarında hicablı tələbə və şagirdlərin sıxışdırlması məsələsi geniş müzakirəyə çevrilib. Bu gün paytaxtın orta məktəblərinin birində daha bir analoji hadisə baş verib.

Simsar.az-a müraciət edən paytaxt sakini Səadət Babaxanova qızı, 158 saylı orta məktəbin 10 sinif şagirdi Fatimə Babaxanovanın, hicablı olduğundan dərsə buraxılmadığını deyib: “Bizə dedilər, bu günlük sinifdə otursun sabahdan isə məktəbə hicabsız gəlsin, əks halda məktəbə buraxılmayacaq”.

Valideyin bildirib ki, məktəb rəhbərliyi hətta Fatiməyə, özlərinəməxsus çıxış yolu da göstərib: “Məktəbdən bildiriblər ki, xanım dini inancına görə başıaçıq gələ bilmirsə, parikdən istifadə eləsin”.

Məsələ ilə bağlı 158 saylı məktəbə müraciət etdik. İş saatı olmasına baxmayaraq, direktorun yerində olmadığı bildirildi.

Məktəbin direktor müavini Zərifə Hüseynova faktı təsdiqləyib:

“Belə bir hadisə olub və göstərişi məktəbin direkoru Zemfira Səmədova verib. Keçən ildən derektorumuz belə bir göstəriş verib ki, hicablı xanımlar məktəbə buraxılmasın. Müəllimlərimiz də onun göstərişini yerinə yetirir”.

Hadisə ilə bağlı Təhsil Nazirliyinə edilən suallara isə hələ cavab verilməyib.

Xatırladaq ki, dəfələrlə dövlət və hökumət nümayəndələri Azərbaycanda hicaba qadağanın olmadığına dair açıqlamalar veriblər.

Vüsal Qarayev







22 Sentyabr, 2014  11:41 Baxılıb: 1120 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner