Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Aureliya Qriqoriu: “Ölkənin ərazisi, onun razılığı olmadan dəyişdirilə bilməz”

Simsar.az xəbər verir ki, bir neçə gün öncə “Dövlətlərin ərazi bütövlüyü və insan hüquqlarının qorunmasının təmin olunması” mövzusunda Moldova Respublikasının paytaxtında beynəlxalq konfrans keçirilib. Moldova Respublikasının “İctimai Palata” adlı qeyri-hökumət təşkilatı tərəfindən və Moldovanın parlament vəkili (ombudsman) Aureliya Qriqoriunun himayəsi ilə keçirilmiş tədbir böyük ictimai-siyasi diqqətə səbəb olub.

Konfransı giriş nitqi ilə açan Aureliya Qriqoriu qeyd edib ki, beynəlxalq elmi ictimaiyyətin nümayəndələrinin, deputatların, qeyri-hökumət təşkilatlarının, insan haqları üzrə milli təsisatların, Moldova Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiyaların göstərdiyi maraq və bu beynəlxalq konfransda iştirak, onu göstərir ki, ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyinetmə prinsipinin həyata keçirilməsi insanın fundamental hüquqlarına riayət olunmasına bilavasitə təsir edir. "Son vaxtlar ölkələrnin ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyinetmə prinsipləri müəyyən ziddiyyət təşkil edir və heç bir ölkənin ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz. Tərəflərin bu ziddiyyətləri aradan qalmasına nail olmaması milli münaqişələrin dərinləşməsinə, bəzən hərbi qarşıdurmaya gətirib çıxarır”.

Konfransın plenar iclasında çıxış edən Azərbaycanın Moldovadakı səfiri, hüquq elmləri doktoru, professor Namiq Əliyev xüsusi vurğulayıb ki, dünyanın aparıcı ölkələri ərazi münaqişələrinin həlli və insan hüquqlarının müdafiəsi məsələlərində beynəlxalq hüquqa məhəl qoymadan ikili standartlar tətbiq edirlər: “Dünya birlikləri erməni siyasətçilərinin etnik təmizləmə, Cənubi Qafqazda monoetnik zonalar yaratmaq siyasəti yeritdiklərini görmürlər. Buna görə təsadüfi deyil ki, “bumeranq qanunu” üzrə onlar özləri artıq belə problemlərlə qarşılaşarlar”.

Hüseyn İbadlı

 






22 Sentyabr, 2014  11:14 Baxılıb: 922 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner