Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Müqəddəs torpaqlara ziyarət sabahdan başlayır - QMİ

Azərbaycan zəvvarların ilk qrupu müqəddəs torpaqlara - Həcc ziyarətinə sentyabrın 24-də Heydər Əliyev Beynəlxalq Limanından  yola düşəcək.

Bu barədə Simsar.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xarici əlaqələr şöbəsinin rəhbəri Müqəddəs Payızov məlumat verib.

M. Payızov bildirib ki, ilk səfər saat 01:30-da həyata keçiriləcək:

“375 nəfərdən ibarət zəvvarımız, sentyabrın 23-dən 24-ə keçən gecə, saat 01:30-da Bakı-Ciddə təyyarə reysi ilə reallaşacaq. Zəvvarların qruplara bölgüsü yekunlaşıb. Səudiyyə Ərəbistanında bütün təşkilati məsələlər həll olunub. Zəvvarların dönməsi isə 11-15 oktyabr tarixlərində nəzərdə tutulub”.

Xatırladaq ki, APA-nın məlumatına görə, ziyarət bu il də iki variantda təşkil olunur. Nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır. Həcc ziyarətinə səfərlər yalnız təyyarə ilə baş tutacaq. Suriyada baş verən hadisələrlə əlaqədar bu il də zəvvarlar avtobuslarla səfər edə bilməyəcəklər. Təklif olunan qiymətlər ötənilki qiymətlərlə eynidir. Bu il Azərbaycanda Həcc ziyarətinə 4 minə yaxın zəvvarı getməsi nəzərdə tutulur.

Vüsal Qarayev

 






22 Sentyabr, 2014  11:10 Baxılıb: 718 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner