Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Səhiyyə naziri Ağdamda vətəndaşlarla görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə əsasən regionlarda vətəndaşların qəbulu davam etdirilir.

Səhiyyə naziri Oqtay Şirəliyev sentyabrın 19-da Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşlar üçün qəbul keçirib. Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən Simsar.az-a verilən məlumata görə, Ağdam Rayon Mərkəzi Xəstəxanasında keçirilən qəbulda Ağdam, Tərtər, Ağcabədi, Bərdə və Beyləqan rayonlarının sakinləri iştirak ediblər.

Qəbul zamanı sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı, ümumilikdə, 50 nəfərin müraciəti dinlənilib, səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran suallar cavablandırılıb.

Qəbulda qonşu ölkələrə, əsasən də, İran İslam Respublikasına müalicə üçün üz tutmuş, sonradan daha da kəskinləşmiş vəziyyətdə yerli mütəsəssislərimizdən tibbi yardım istəyən vətəndaşların sayı üstünlük təşkil etmişdir. Artıq ölkəmizdə daha keyfiyyətli tibbi yardım alacaqlarına əmin olan vətəndaşların hər biri nazir tərəfindən diqqətlə dinlənmişdir və onlara dair müvafiq göndərişlər müəyyən edilmişdir. Müraciətləri üstünlük təşkil etmiş sakinlərin digər bir qismi əsasən Qarabağ uğrunda gedən döyüşlərdə əlil və ya şəhid ailəsi olmuş vətəndaşlar idi ki, onların da istək və xahişləri məmnuniyyətlə yerinə yetirilmiş və hər biri razılıqla səhiyyə nazirinə öz minnətdarlıqlarını bildirmişlər. Üz nahiyəsi tamamilə yanmış azyaşlı uşaq xüsusi tapşırıqla Respublika yanıq Mərkəzinə, avtomobil qəzasından sonra ağır fəsadlaşmış travmaları olan şəxs Respublika Travmatologiya və Ortopediya İnstitutuna, görmə qabiliyyətini itirmiş vətəndaş Göz Xəstəlikləri İnstitutuna və s. bu kimi əksər müraciətlər yerindəcə həll olunmuşdur. Ümumilikdə qəbula gəlmiş vətəndaşların qaldırdıqları məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların əksəriyyəti yerindəcə həllini tapmışdır. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.

 

 






22 Sentyabr, 2014  10:33 Baxılıb: 749 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner