Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

7 rayonda əmək yarmarkası keçiriləcək – SİYAHI

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən işsiz və işaxtaran vətəndaşlar üçün bu həftə 7 rayonda Əmək yarmarkaları keçiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, əmək yarmarkalarının sentyabrın 24-də Zərdab, sentyabrın 25-də Ağdaş, sentyabrın 26-da isə Göyçay, Yevlax, Beyləqan, Lənkəran və Tərtər  rayonlarında keçirilməsi planlaşdırılır. Tədbirlər zamanı müvafiq ərazi üzrə fəaliyyət göstərən müəssisələrdən boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə kvota üzrə iş yerləri də təqdim ediləcək. Yarmarkalarda ayrı-ayrı işsiz şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması üçün onların peşə hazırlığına cəlb olunması da nəzərdə tutulur.

Hazırda Əmək yarmarkalarına hazırlıq çərçivəsində həmin rayonların idarə, müəssisə və təşkilatlarından boş iş yerləri barədə məlumatlar toplanır.

 

 






22 Sentyabr, 2014  10:17 Baxılıb: 639 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner