Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Hər kəsi kiçik Hindistanı görməyə dəvət edirik” – MÜSAHİBƏ

Bakıda ilk dəfə Hindistan sərgisi təşkil olunur. Burada Hindistanın mədəniyyətini, adət-ənənələrini özündə əks etdirən nümunələr sərgilənir.

Tədbirin təşkilatçısı Y.Ray Şarma Simsar.az-a müsahibəsində sərgi haqqında, eləcə də, Azərbaycan və Hindistan arasındakı iqtisadi əlaqələrdən danışdı.

- Sərgi haqqında məlumat verərdiniz.

Əvvəla, salam. İlk dəfədir, Bakıda oluram. Bu sərgi üçün gəlmişəm. Bu, sadəcə, sərgi deyil. Bu, kiçik Hindistandır. Biz düşünür ki, bu sərgi Hindistan və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafına xidmətdir. Tarixə nəzər salsaq, görərik ki, qədim zamanlardan iki ölkə arasında böyük əlaqələr olub. Hindistanın və Azərbaycanın adət-ənənələri də eynidir.

- Sərgiyə gələnlər burada nələri tapa bilərlər?

- Sərgidə əl işlərinə üstünlük verilib. Bundan əlavə, xına, mebel, geyim və aksesuarlar da sərgilənir. Siz bu sərgidən əsl Hindistan çayını, əsl Hindistan düyüsünü tapa bilərsiniz. Hindistan mətbəxinə məxsus yeməklərin də qonaqlarımız tərəfindən bəyəniləcəyini düşünürük.

Həmçinin, Hindistandan məşhur astroloq da dəvət etmişik. O, sizə gələcəyiniz, taleyiniz haqqında məlumatlar verə bilər.

- Sərgiyə olan maraq necədir?

- Sərgiyə maraq var. Lakin insanlar gözlədiyimizdən az gəlirlər. Biz reklamlar da yerləşdirmişik, media vasitəsilə də insanları sərgiyə dəvət etmişik. Sentyabrın 28-nə kimi sərgimiz davam edəcək. Hər kəsi kiçik Hindistanı görməyə dəvət edirik.

- Qiymətlər gələnləri qəne edirmi?

- Biz buradakı qiymətlərdə Hindistana nisbətən, çox güzəştlər etmişik. Ona görə, düşünürəm ki, qane edir.

- Bakı haqqında nələr düşünürsünüz?

- Bu şəhər mənim indiyə qədər gördüyüm ən gözəl şəhərdir. Mən bilirəm ki, bu, sizin prezidentinizin işləri sayəsində mümkün olub. Bakı sürətlə inkişaf edən bir şəhər təəssüratı bağışlayır. Belə bir şəhəri gördüyüm üçün özümü xoşbəxt hiss edirəm.

- Azərbaycandakı iqtisadi mühit necə dəyərləndirirsiniz?

- Gördüyüm və məlumatım olan qədərilə Azərbaycan iqtisadiyyatı olduqca güclüdür. Bu da ölkənin inkişafı və güclənməsi baxımından vacibdir.

- Hindistanda və Azərbaycanda olan biznes mühiti nə ilə fərqlənir?

- Biznes, biznesdir. Burada elə bir böyük fərq yoxdur. Fərq sahələrdədir. Burada neft sənayesi inkişaf edibsə, Hindistanın da özünəməxsus sənaye sahələri var.

- Bu sərgi gələcəkdə Hindistanlı iş adamlarının Azərbaycanda hər hansısa bir iş qurmağına təkan ola bilər?

- Əlbəttə. Mən bu məqamda “İpək Yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinə öz minnətdarlığımı bildirmək istəyirəm. Bu təşkilat iş adamlarına gözəl fürsətlər yaradır. Onların gördüyü işlər səyasində hindistanlı iş adamları Azərbaycanda, azərbaycanlılar isə Hindistanda öz bizneslərini qura bilirlər. Bu sərginin təşkilində də onların dəstək və qayğılarını hiss etmişik.

P.S. “Kiçik Hindistan”ı görmək istəyənlər sentyabrın 28-nə kimi AMAY Ticarət Mərkəzindəki sərgini ziyarət edə bilərlər.

Vüsal Məmmədzadə

 

 

 

 

 

 






20 Sentyabr, 2014  12:34 Baxılıb: 969 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner